Beynin inkişafı ömür boyu davam edir. Daimi və sağlam qidalanmaq bir çox xəstəliyin qarşısını alır və beyni inkişaf etdirir.

Mütəxəssislər unutqanlığa balıq, beyinin yaşlanmasına qarşı badam və beyinin yenilənməsi üçün isə yumurta yeməyi tövsiyə edir.

Balıq unutqanlığın qarşısını alır

Omeqa-3 turşusu baxımından zəngin olan balıq beyni daha çox oksigenlə təmin edərək köhnə məlumatları xatırlamağa kömək edir. Balıq tərkibindəki zülal və amin turşuları ilə beyin təbəqəsinin ehtiyacı olan mayeni təmin edərək yaddaşı gücləndirir.

Yumurta beyni yeniləyir

Beynin hüceyrə istehsalında təsirli olan kolin maddəsi yumurtada bol miqdarda var. Digər tərəfdən, yumurtada olan amin turşuları zehni və nevroloji pozğunluqların qarşısını almağa kömək edir.

Badam ye cavan qal

E vitamini beyində yaşlanmaqdan yaranan geriləmənin qarşısını alır. E vitamini ilə zəngin olan badam beyinin yaşlanmağının qarşısını alır.

Əvvəlki məqaləMakaron və düyünü ətlə yeməyin!
Növbəti məqalədəDırnaqlarınız hansı xəstəlikdən xəbər verir?