Sürətlə arıqlmaq qocalma prosesini tezləşdirir

Bildiyiniz kimi, sağlam həyat tərzi yaşamaq üçün hər şeydən öncə çəkimizə diqqət edərək onu normada saxlamağımız önəmlidir. Təəssüf ki, bəzən gözəl görünmək həvəsi qadınları ehtiyac olandan daha çox arıqlamağa vadar edir. Bu da sağlamlığımıza ciddi təsir edir. 

Həddindən artıq arıqlama aşağıdakı sağlıq problemlərinə səbəb ola bilər.
-Karbohidrat adlandırılan pəhriz növü beynimizdə yaddaş gücünü artıran serotonin maddələrinə ziyan verir.

 

-Tez bir zamanda çox arıqlamaq istəyənlərdə təyziqin düşməsi ilə əlaqədar olaraq ürək xəstəlikləri başlaya bilər.

 

-Həddən çox arıqlamaq protein çatışmazlığına və əzələ problemlərinə gətirib çıxarır.

 

-Birdən-birə arıqlamaq orqanizmdə vitamin və mineralların azalmasına, həmçinin dəri xəstəliklərinə səbəb ola bilər.

 

-Eyni zamanda, dəmir əskikliyi, qan azlığı kimi problemlər yaradır.

 

Nəticə etibarı ilə yuxarıda sadalananların hamısı dərinin öz təravətini və parlaqlığını itirməsinə, vitamin və mineral çatışmazlığı isə saçların tökülməsinə səbəb olur. Ümumilikdə götürdükdə isə sürətlə arıqlamaq qocalma prosesini artırır. Mütəxəssislər pəhriz zamanı diqqətli olmağı və həkim nəzarəti altında pəhrizin daha məqsədəuyğun olduğunu bildirirlər. Pəhriz menyusundan bədənə lazım olan vitamin və minerallar çıxarılmamalıdır.
Əvvəlki məqaləXanımlara çox lazımlı hormon…
Növbəti məqalədəD vitamini xərçəngə yaxşı təsir edir