Sağlam dırnaq adətən çəhrayı, dibinə doğru isə açıq çəhrayı rəngdə olur. Əgər dırnaqlarınız solğun və ya digər rəngdədirsə, bu, sağlamlığınızla bağlı hər hansı problemlərinizin olduğundan xəbər verir.
 

 

Solğun dırnaqlar
 

 

Yaşıl rəng bakteriya və infeksiya göstəricisidir. Qırmızı xətlər ürək problemlərini, maviyə yaxın dırnaqlar qanda oksigen səviyyəsinin aşağı olduğunu, ağ rəng qaraciyər narahatlığının əlamətidir. Tünd rəngli xətlər də ürək xəstəliklərinə və qocalmağa işarə edir.
 

 

Qalın dırnaqlar
 

 

Dırnaqların həddindən artıq qalın olması normal deyil. Normaldan qalın dırnaqlar ağciyər narahatlığı, göbələk infeksiyası, qalxanabənzər və qan dövranı sistemi xəstəliklərinə dair hər hansı problemin olduğunu göstərir.
 

 

Qabıq verən dırnaqlar
 

 

Dırnaqların tez-tez qabıq verməsi əsasən fol turşusu və C vitamini çatışmazlığından xəbər verir. Həmçinin xroniki yanlış qidalanmanın da xəbərçisi ola bilər.
 

 

Qaşıqvari dırnaq
 

 

Bu dırnaqlar daxili xəstəliklərdən qaynaqlanan səbəblərdən dolayı qıvrılır və qaşığa bənzər hal alır. Əsasən dəmir çatışmazlığı, hemokromatozis, ürək problemləri və hipotiroidlə bağlı problemlərin olduğunu bildirir.
 

 

Bataqlığa bənzəyən dırnaqlar
 

 

Dırnaqlarda kiçik bataqlıqlar və ya xırda dəliklər varsa, onlara yaxşı qulluq etmədiyinizin göstəricisi ola bilər. Bundan başqa, sədəf, sink çatışmazlığının əlaməti də ola bilər.
 

 

Dalğalı dırnaqlar
 

 

Dırnaqların səthi hamar olmalıdır. Əgər dırnaqlarda qabarmış dalğalar varsa, bu, dəmir çatışmazlığı, arterit və ya lupus xəstəliyinin əlaməti ola bilər.
 

 

Quru və tez qırılan dırnaqlar
 

 

Dırnaqlarınız tez-tez qırılırarsa, hormon səviyyəsinə nəzarət etmək məsləhət görülür. Bu, qalxanabənzər və ya göbələk xəstəliyinin xəbərçisi ola bilər.
 

 

Yumru dırnaqlar
 

 

Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə, ağciyər narahatlığı, bağırsaq xəstəlikləri və ya qaraciyər xəstəliklərinin əlaməti ola bilər.
Əvvəlki məqaləBalıq, yumurta, badam ye, təsirini gör
Növbəti məqalədəİştahsız uşaqlar üçün faydalı – Məsləhətlər