Övladlarımıza şampun seçimində nələrə diqqət etməliyikOxuculara həkim-trixoloq (saç üzrə mütəxəssis) Aytəkin Quliyevanın uşaqlar üçün şampun seçimi ilə bağlı tövsiyələrini təqdim edir.
Beləkilə, uşaqlar üçün şampun seçərkən nələrə diqqət etməliyik?
1. Satın alarkən ediləcək ilk meqam tarixinə diqqət yetirmək.
2. Tərkibi yumşaq yuyucu komponentlərdən ibarət olmalıdır. Bunlar betaines, succinates, qlükozidlərdir.
3. Şampun rəngsiz olub, sərt ətirə malik olmamalıdır.
4. pH neytral seçilməlidir.
5. Tərkibində natrium laureth sulfat, natrium xlorid, SLS, ALS qadağan edilmiş konservantlar olmamalıdır.
6.  14yaş üstü olanlar artıq böyüklər üçün olan şampunlardan istifadə edə bilərlər.
7. Şampundan istifadə etdikdə hər dəfə az miqdarda su ilə qarışdırıb istifadə etmək lazımdır.
8. Tərkibi bitki ekstraktları ilə zəngin olmalıdır.
9. Sonda saçlar yaxşı durulanmalı, şampunun qalığı saçda qalmamalıdır.
10. Həftədə 2 dəfə şampun istifadəsi normaldır.

Əvvəlki məqaləDünyanın ən varlı qadınının kimliyi açıqlandı
Növbəti məqalədəQan təzyiqini azaltmağın səmərəli yolu tapıldı