Dünya boyu hətta inkişaf etməkdə olan ölkələrdə belə yüksək qan
təzyiqinin əsas faktor olduğu ürək-damar xəstəlikləri insan ölümünün
əsas səbəblərindən biridir. Duzdan çox istifadə qan təzyiqinin
yüksəlməsinə , insult və ürək xəstəliklərinə səbəb olur .

Keniyadakı Veil Kornel Tibb Mərkəzinin tədqiqatçıları Böyük Səhraaltı
ölkələrdə yüksək qan təzyiqi probleminin sürətlə artdığını deyirlər . Bu
problem o qədər ciddi şəkil alıb ki , Amerikanın Pan-Amerikan Sağlamlıq
Təşkilatı “SaltSmart” proqramına başlayıb. Branka Legetik bu proqramın
koordinatorlarındandır :
” Yüksək qan təzyiqi bütün dünyada böyük problemə çevrilib. Yoluxucu
olmayan bu xəstəlik bir çox xəstəliyin yaranması üçün başlıca risklərdən
biridir.”

Legetik deyir ki , insanların bir çoxu tərkibində kimyəvi maddələr və soda
olan duzdan istifadə etdiklərini bilmir . Dünya Səhiyyə Təşkilatı gün
ərzində hər adamın 5 qramdan çox olmayaraq , yəni bir çay qaşığı duzdan
istifadə etməsini tövsiyə edir . “SaltSmart” proqramının məqsədi 2020-ci
ilə qədər hər bir insanın duzdan istifadəsini yarıya endirməkdir .

” Biz bilirik ki, hazırda hər insan 10, 11, 17 qram duzdan istifadə
edir . Karib dənizi ölkələrində isə insanlar duzdan 2-3 dəfə artıq
istifadə edir.” – deyə, Branka Legetik bildirir .

Birləşmiş Ştatlarda hökumətin sponsorluq etdiyi “Milyonlarla Ürək”
proqramının məqsədi 2017-ci ilədək bir milyon insanı infarkt və iflicdən
qorumaqdan ibarətdir. Canet Rayt bu proqramın icraedici direktorudur :
“Bunu biz hər birimiz etməliyik. Fikrimcə, bizim çoxumuzda ürək problemi
var. Bu xəstəlik bir nömrəli qatildir, hər üç ölüm halından biri ürək
xəstəliyi ilə əlaqədardır.”

Yeməklərdə duzdan çox istifadə etmək ürək xəstəliklərinə səbəb olur

Rayt sadə yollarla da bu xəstəliyin qarşısının alına biləcəyini
deyir. ” Bunu meyvə və tərəvəzdən istifadə etməklə, həftə ərzində 150
dəqiqədən çox idmanla məşğul olmaqla etmək olar. Bu həm də o deməkdir
ki, həkimin yazdığı dərmanlardan istifadəni davam etdirməlisiniz .”

Rayt deyir ki, dərmanın bir gün ötürülməsi ürək, böyrək, gözlər və qan damarlarına təsir göstərir.

Branka Legetik emal edilmiş ərzaqda duz çox olduğu üçün sağlam yeməyə
üstünlük verilməli olduğunu deyir. ” Mənim fikrimcə insanlar nə qədər və
nə yediklərinə fikir verməlidirlər. Onlar daha çox təzə məhsul
yeməlidirlər.”

Pan Amerikan Sağlamlıq Təşkilatı ərzaq məhsulları istehsal edən şirkətlərlə duzdan istifadənin azaldılması məqsədilə iş aparır .

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Əvvəlki məqaləXoşbəxtlıyin 10 düsturu
Növbəti məqalədəQış aylarında dərinizə qulluq