qidalanma

 

Düzgün qidalanma və idman kilo vermək üçün əsas şərtdir. Bu ərzaqlar sizi tox tutacaq ,kilo vermənizi asanlaşdıracaq.

 

Yumurta.

Proteinlə zəngindir. İki nazik dilim kəpəkli cörək, bir az pendir, bir yumurta ilə səhər yeməyi yesəniz gün boyu sizi tox tutar.


Heyva, alma, armud.

Bu üç meyvədə bol miqdarda lif var. Bu meyvələr əsasən şəkərin və xolestrolun miqdarını aşagı salır. Yemək aralarında yedikdə sizi tox tutar.

Yagsız ət.

Yeməyin icində ət olması toxluq hissini artırır. Ayrıca, ətdə və balıqda olan minerallar kalori xərclənməsini artırır.

  

 

 

Zeytun yagı.

Xalis zeytun yağı kalorilərdən azad olmağa kömək edir. Buna görə də gündə bir qaşıq istifadə etmək məsləhət görülür.


Darçın.

Yemək vaxtı çay qaşıgının dörddə biri qədər darcın qəbul etmək insulin artımının qarşısını alır. Tez acımağa qoymur.


Sirkə.

Sirkə mədənin boşalmasını yavaşladır. Buna görə də uzun müddət tox tutur.


Acı.

Düzənli olaraq qırmızı acı bibər yemək iştahanızı kontrol etməyə yardım edir. Araşdırmalara görə naharda acı yeyənlərin, şam yemeyində daha az yemək yediyi məlum olmuşdur.

 

Qreyfurt.

Yeməkdən əvvəl yarım qreyfurt yemək və ya təzə təzə sıxıb suyunu içmək heç nə etməsən belə 3 ayda 2 kilo arıqladır. O insulin səviyyəsini düşürür, iştahanı azaldır.


Paxlalı bitkilər.

Bu bitkilər qan şəkərini az miqdarda yüksəldir. Orqanizmə  bol miqdarda protein və bagırsaqların ehtiyacı oldugu lifləri verir.


Xiyar.

A, S vitaminləri və liflərlə zəngindir. Bol miqdarda yemək olar. Cox az kaloriyə malikdir.


Qabıqlı çərəzlər.

Yemək aralarında duzsuz, qabıqlı qoz ,fındıq, fıstıq, badam yemək faydalıdır. Aclıgınızı yatızdırar, cox xeyirlidir.


Qara şokolad.

Qara şokoladın yağı və kalorisi azdır, yüksək antioksidantdır. Kiçik bir parça yemək şirin yemək ehtiyacınızı ödəyər.


Tərəvəz şorbası.

Çox az yağlı tərəvəz şorbası həm mədənizi doldurar ,həm də cox xeyirlidir. Rahatlıqla içə bilərsiniz.

İncə və gözəl olmaq bütün qadınların arzusudur. Çirkin qadın yoxdur, özünə baxmayan qadın vardır.

Əvvəlki məqaləHər tərəvəzin və meyvənin həzm olma saatı var
Növbəti məqalədəSaçınız parıldamır? Onda oxuyun