saçlara qulluq
Bəzi qadınlar görərik , saçları ışıl ışıl parlayan . Işıldayan , göz alıcı parlaqlıq, baxımlı saçlar bizə əlçatmaz kimi gəlir . Saçlarımız baxımsız , mat və zəifdirsə yalnız şampunla saçınıza baxım edə bilmərik. Edəcəyimiz saç baxım müalicələri saçımızı yeniləyəcək , sanki gücləndirəcəkdir.
Saçlarınıza həyat verəcək möcüzə saç baxım maskalarını tətbiq edin, fərqi gözlərinizlə görün .
 
Saçlarımız necə parlar, saç necə ışıl ışıl olar və sürətli uzanar ?
Saç maskaları , təbii saç baxımları , evdəki qidalarla düzəldəcəyimiz və saçımıza tətbiq edəcəyimiz saç maskaları saçımızın həm çox sağlam olmasını təmin edər , həm saçımızın normal müddətdən daha sürətli uzanmasını təmin edər. Təbii saç maskaları evdə edilər və tətbiq da asandır sevgili xanımlar .
Verəcəyim bu təbii saç baxımı maskaları , hər cür saça tətbiq oluna bilər. Saçınız quru, yağlı ya da normal ola bilər . Əhəmiyyətli deyil onsuz da bu saç maskaları təbii olduğu üçün saça yan təsir etmeyəcək . Saçınızın sürətli uzanması üçün və xüsusilə ışıl ışıl parlayan göz alması üçün bu maskaları tövsiyə edirəm. Saçınıza fen etdikdə ya da saçınızı saç maşası ilə düzəltdiyinizdə quruluq ve yanma olur . Bu cür tətbiqlər sonrası saça itirdiyi nəmi geri vermək üçün nəmləndirici saç maskası edə bilərsiniz.
Nəmləndirici saç maskası saçın matlığını alır və saçı parladar .
100 qram gül suyu ilə 3 kapsul C vitaminini bir şüşədə qarışdırın və bu şüşəni yaxşıca çalxalayın. Qarışığı saç köklərinə barmaq uclarınızla masaj edərək yedirin . Saçlarınızı darayaraq maskanı bütün saçlarınıza yayın. Bu əməliyyatı tətbiq etdikdən sonra saçlarınızı durulamanıza ehtiyac yoxdur .
 
Bəzən saçlar çox mat olur. Xüsusilə də qış aylarında hava çirkliliyi saçlarımızın matlaşmasına səbəb olur. Saçlarınız matsa , kifayət qədər parladığını düşünmürsünüzsə , mat olan saçlarınızın parlamasını və ışıl ışıl olmasını istəyirsinizsə saçlarınızı bu saç parladıcı təbii maskayla təmir edə bilərsiz sevgili xanımlar . 
 
İki yemək qaşığı  bal və beş yemək qaşığı limon suyunu krem kimi olana qədər qarışdırın. Bir fırça köməyiylə quru olan saçlarınıza yaxşıca yedirin , 10 dəqiqə qədər gözlədikdən sonra ilıq su ilə saçlarınızı təmizləyin. Həftədə 2 dəfə tətbiq edin. Saçlarının parladığını görəcəksiniz.
Zeytun yağı quru saçlar üçün möcüzədir.

Saçınız parıldamır? Onda oxuyun

 

20 ml zeytun yağını istilədin və bir fırça ilə saçınıza yedirin . Bu əməliyyatı saçınızın köklərindən uclarına doğru edin . Zeytun yağı saçınızın hamısına yaymaq üçün saçınızı darayın. Bu şəkildə saçınızı 30 dəqiqə gözlədin və şampunla yuyun. Əgər saçlarınız çox pis vəziyyətdədirsə , zeytun yağı sürtdükdən sonra bütün bir gecə gözləyin və səhər yuyun . Bu sayədə saçınızda yenidən keratin meydana geləcək, daha güclü və parlaq saçlara qovuşacaqsınız .
Cəfəri də saç üçün istifadə olunan bir bitkidir xanımlar.
Doğranmış 100 qram qədər cəfəri , bir yemək qaşığı vodka , iki yemək qaşığı hind yağını yaxşıca qarışdırdıqdan sonra saçınızın köklərinə ovaraq tətbiq edin. 30 dəqiqə gözlədikdən sonra saçlarınızı su ilə yuyun ( sanki camaat saçını benzinlə yuyur nə isə) və daha sonra sirkə ilə təmizləyin.
 
Əvvəlki məqaləYedikcə kilo verəcəksiniz
Növbəti məqalədə40 yaşdan sonra necə arıqlamalı? – Məsləhətlər