ailə

Yataq otağında etdiyiniz bəzi  hərəkətlər, əlaqənizin soyumasına səbəb ola bilər.
 Budur, evinizin ən romantik küncündə etməməniz lazım olan hərəkətlər..
Yataqda yemək yeməyin: 
Yataqda nahar, ya da yemək çox romantik kimi görünsə də, gerçəklər heç elə deyil! 
Yataqda çörək qırıntıları, yemək ləkələri və s. kimi detallar çox uzaqlaşdırıcı ola  bilər və mühitin sehrini azalda bilər.
Susmayan cib telefonları:
 Yataqda telefonla saatlarla danışmaq kişilər üçün olduqca qəbuledilməzdir. Müəyyən bir saatdan sonra cib telefonunuzun səsini bağlamanız yaxşı ola bilər.
Ciddi pijamalar geyməyin:
 Hərarətli  bir gecə keçirmək istəyirsinizsə ciddi  pijamalardan uzaq durun və seksual gecəliklər geyinin.
İpək yataq dəstləri çox romantik olmaya bilər:
 İlk baxışda çox romantik görünən ipək yataq dəstləri davamlı düzəltmə və ya təmiz tutma zəruriliyi hiss edə bilərsiniz.
Məqsəd yaxşı bir gecə keçirməksə sevgilinizlə inciklik yaşamamaq üçün ipək yataq dəstlərindən imtina edin.
Yataqda kitab oxumayın: 
Yataqda oxumaq çox zövqlü ola bilər, ancaq yanınızda sizinçin darıxan biri varsa, bu çox yaxşı bir fikir olmaya bilər.
İntellektual söhbətlər  yerinə də seksual hərəkətlər daha maraqlı olacaq.
Yataq otağında televiziya saxlama: 
Yataq otağında TV izləmək eşqi və ünsiyyəti azalda bilər. Prioritetiniz sevgiliniz olmalı, yəni yataq otağında TV saxlamayın.
Kompüterdə iş: 
Kompüterlər həyatımızda olduqca böyük yer tutur. Dizüstü kompüterinizi yatağınızdan başqa  hər yerdə istifadə edin.
Yataqda siqaret çəkməyin: 
Yataq otağına sinən siqaret qoxusu sevgilinizin həvəsini azalda bilər. Sevişmək üçün xoş qoxulu və təmiz bir mühit ən idealıdır.
Yatmazdan əvvəl üz maskası etməyin:
Gecə baxımı dəriniz üçün əhəmiyyətli ola bilər, ancaq seksə hazırlanan sevgiliniz  üçün uzaqlaşdırıcı ola bilər.
Bu cür maskaları seks sonrası alacağınız  duşdan sonraya buraxmanız ən doğrusu olar.
Əvvəlki məqaləKolbasa və sosiskanın zərərləri…
Növbəti məqalədəAilədə kişilərin nifrət etdiyi seks növləri