Kolbasa və sosiskanın zərərləri…

sağlamlıq

Kolbasa və sosiska  ölkəmizdə geniş şəkildə istehlak edilən qidalardandır. Xüsusilə, fast food yeməklərdə tez-tez seçim edilən bir məhsuldur. 
 
Kolbasa və sosiskanı təhlükəli edən nədir?
 
Kolbasa və sosiskadakı zərərləri bilmək üçün bu qidaların necə hazırlandığına əhəmiyyət vermək lazımdır. Bu məhsullar iç yağı, quyruq yağı, donuz əti, ağciyərlər (agciyər bu məhsulların yumşaq olmasına səbəb olur), dərilər, qığırdaqlar, oynaq yerləri və bunu demək xoş olmasa da ət kəsilərkən artıq qalan tullantı hissələr və tüklər bu məhsulların içinə qarışdırılır. Daha sonra fabrikdə müxtəlif əməliyyatlar vasitəsi ilə qablaşdırılır və rəflərdə qarşımıza çıxır.
 
Əsas mövzu heyvanların müxtəlif tullantı hissələrinin bu qidalara əlavə edilməsidir. Xüsusilə, toyuqdan hazırlanan məhsullarda buna daha çox rast gəlinir. Məsələn bazarda Nuget olaraq adlandırılan toyuqdan əldə edilən məhsul toyuğun müxtəlif qığırdaq, dəri və sinə bölgəsindəki ətlərdən, dad verməsi üçün ədviyyat xüsusiyyəti daşıyan içində olan dənəciklərdən də istifadə edilir.  Sizə maraqlı bir misal çəkim, 1 kiloqram əti 1 kiloqram kolbasa və soskadan daha baha alırıq, niyə, səbəb nədir? 

Kolbasa və sosiskanın zərərləri…

 

Kolbasa və sosiska içində olan müxtəlif maddələrdən bəhs etdik. İndi isə bu maddələrdən daha zərərli olan şeylərdən bəhs edək. Bu məhsullara dadı yaxşılaşdırmaq üçün soğan, sarımsaq, tomat pastası və müxtəlif ədviyyatlar əlavə edilir. Mikrob törəməsinin qarşısını almaq üçün Nitrit , Nitrat , MSG kimi maddələr qatılır. Bu maddələr birbaşa sinir sisteminə təsir edir, həmçinin, bəzi xəstəliklər yaradır. Bununla yanaşı, az da olsa asılılıq yaradan maddələr əlavə edilir. Quyruq yağı və iç yağı çətin həzm olunan, gec əriyən yağlardır. Bu da insan sağlamlığı üçün çox təhlükəlidir. Belə ki, bu yağlardan istifadə edilməsi damar tutulması və ürək-damar xəstəliklərinə gətirib çıxarır. Bunu sosiska və ya kolbasa bişirərkən tavada qalan yağın necə sürətlə donduğu ilə də müşahidə etmək olar.

Kolbasa və sosiskanın zərərləri…

 

Bildiyimiz kimi, kolbasa və sosiskalarda donuz məhsullarından da əlavə edilir… Donuz əti həm zərərli qidadır, həm də Allahın bizə haram buyurduğu qidadır.

Bunu nəzərə alaraq, haram olan qidalardan uzaqlaşaq…

Həkimlər belə yeməklərin yayılma sürəti bu səviyyədə davam edərsə yaxın gələcəkdə ölkəmizdə xərçəng xəstəliyi daşıyıcılarının iki qat artacağını və bununla əlaqədar müvafiq tədbir görülməsini məqsədəmüvafiq hesab edirlər.
Daha sonra uşaqlarda erkən yetkinlik, gözün zəifləməsi, psixoloji pozğunluqlar olduğu, qadınlarda rəhm və döş xərçəngi olma ehtimalını 3 qat artığı və ürək-damar xəstəliklərinə də yol açıldığı bir çox elmi təcrübədə isbat edilmişdir. 
 
 
Hər şeyin hesabı var…Allahın bizə əmanət etdiyi sağlam cana ziyan etməyək…
Əvvəlki məqaləKişi və qadın ürəkləri arasındakı fərqlər
Növbəti məqalədəYataq otağında bunları etmək qadağandır