intim hisləri



Xoşbəxt bir intim həyat üçün, əlaqədə hər iki tərəfin də sevişmələrdən zövq alması lazımdır. Yəni xoşbəxt ailədə və təmin olunmuş seksdə eqoizmə yer yoxdur! Öz həzzınız qədər, yoldaşınızın alacağı həzzi da düşünməniz lazımdır. Kişilərin yataqda necə  əlaqələri sevib-sevmədiyini araşdırdıq
Bəs nə edək?… Etməmiz deyil, etməməmiz lazım olanları sizə təqdim edəcəyik. Baxın, kişilər seksdə nələrin edilməsindən nifrət edirlər.

Qadının davamlı əmrlər verdiyi seks
Kişilər düşünülənin əksinə, qadınların sevişmək üçün ilk addımı atan olmasını xoşlamırlar. Sevişmədə qadının da idarəni əlinə almasından həzz duyarlar. Amma burada kritik bir məqam var. Idarəni ələ almaq, əmr vermək və avtoritar rəftar etmək mənasını vermir. Davamlı xəbərdarlıq etmək, istiqamətləndirmək, kişinin seksdəki özünə inamını itirməsinə gətirib çıxaracağından, qaçılması lazım olan davranışlardandır.

 

Təmizlik maraqlısı ilə seks
Sevişmə əvvəlində, “Toxunma əsla mənə, əvvəl duş al”, Sevişmə sonrasında da “Qalx, dərhal duşa qaç” tərzli əmrlər, kişilərin bütün zövqünü öldürər, bunu unutmayın!.. Heç bir kişi seksdə onunla çirklənməkdən qorxan bir qadınla sevişməkdən xoşbəxtlik duymaz.
Qadınların passiv qaldığı seks
Yataqda daş kimi sərt və duyğusuz qalaraq əlaqəyə girmək nə sizin, nə də sevgilinizin həzz ala bilmədiyi bir seksdir. “Mən sakit dayanım, partnyorum sevişmənin idarəsini əlinə alsın” deyə düşünmək, bütün məsuliyyəti qarşı tərəfə yıxmaq mənasını verər. Bu da kişidə stress yaradıb, seksdən soyuda bilər.
Xüsusi gün və xüsusi saatlarda seks
Seks yalnız həftə sonları və ya gecə reallaşdırılan bir hərəkət olmamalıdır. Nə darıxdırıcı bir proqramlaşmanın içinə girəcəyinizi düşünün … Halbuki seks, bir yerdə olduğunuz hər gün və saatda edilə bilər. Üstəlik dar zamanlarda edilən eşqbazlıq və sevişmələr hər zaman daha zövqlüdür. Ən doğrusu, “Sabah işə gedəcəyik, yuxudan tez durmaq lazımdır” deyib,  həftə içi seks etmə istəyinizi öldürməyin. Eyni zamanda fantaziyalara da açıq olmaqda fayda vardır.
Davamlı eyni mövqedə seks
Seks də, hər şey kimi çox, həm də təkrar pozalarda edildiyində zövq verməkdən uzaqlaşır və bezdirir. “Mənim üçün ən asanı missioner mövqeyidir” deyib, orada ilişib qalmayın. Fərqli mövqelər seçmək, həm sizə, həm də yoldaşınıza fərqli ləzzətlər yaşadar. İşə mükəmməl, orgazma çatdıracaq seks mövqelərini sınayaraq başlamağa nə deyərsiniz?!
Əvvəlki məqaləYataq otağında bunları etmək qadağandır
Növbəti məqalədəSaçqıran dərdindən azad edən təbii yağlar