Qadınlar yaşlandıqca, xüsusilə klimkasdan sonra ürək xəstəliyi və iflic kimi sağlamlıq problemləri riski də artır.
 

Bədəndə azalan estrogen nisbəti ürək xəstəliyi üçün risklidir.Yaşı irəliləyən qadınları,ürək xəstəliyi ya da osteoporoz,diyabet,döş xərçəngi və yüksək təzyiq kimi xroniki xəstəliklərdən qorumağa faydalı qidaların adlarını aşağıda tapa bilərsiniz.

 

Kalsium.
Kalsium bədənin yeni sümük hüceyrəsi bərpasına kömək edir. Qadınlar, klimaks yaşına yaxınlaşdıqca yeni sümük hüceyrəsi istehsalı da azalır. Yalnız süd içmək yetərli deyil. Kalsium baxımından zəngin qidaların yanında dərman da qəbul edilməlidir.
Omeqa 3 yağ turşusu.
Bol-bol balıq yemək və omeqa 3 qəbul etmək qadınlarda ürək xəstəliyi riskini azaldır. Omeqa 3 yağ turşusu yağ formasıdır və damar sərtliyinə qarşı çox təsirlidir. Eyni zamanda təzyiqi də nizamlayır. Omeqa 3 yağ turşusunu istehsal edən zeytun yağı istehlakı da yaşı irəliləyən qadınlar üçün olduqca faydalıdır.

 

 

D vitamini.
Yetərincə D vitamini qəbul etməyən qadınlarda sümük əriməsi əmələ gələ bilər.D vitamini dəri yoluyla, yediklərinizdən və vitamin qəbulundan alına bilər. Yaş irəlilədikcə dərinin D vitamini çıxarma tutumu azalır. D vitamini ilə təmin olmaq üçün dərman qəbu edə bilər, az yağlı qatıq, pendir, portağal suyu kimi qidalar qəbul edə bilərsiniz.
B12 vitamini.
Klimaks sonrası qadınlarda B12 vitamini daxil bir çox vitamin əskikliyi üzə çıxır. B12 vitamini əskikliyi də anemiyaya səbəb olur. Qadınlarda anemiyanın səbəbi zülal, folat, dəmir, C vitamini və B12 əskikliyidir. B12 vitamini əskik olan qadınlar yorğunluq, kilo itkisi, yaddaş itkisi və depressiya yaşayırlar. Vegetarian ya da vegan qadınlarda B12 inyeksiya müalicəsi təklif edilir, çünki vitamin ən yaxşı bu şəkildə bədən tərəfindən sorulur.
     Folik Turşusu (B9 vitamini).
Hamiləlikdə ən əhəmiyyətli vitamin olaraq göstərilən folik turşu yaşlı qadınlar üçün də çox əhəmiyyətlidir. Folik turşu, ya da folat bədənin qırmızı qan hüceyrəsi çıxarmaq üçün ehtiyac duyduğu bir vitamindir. Aşağı folik turşu səviyyəsinin əlamətləri arasında anemıya, kilo itkisi, halsızlıq və baş ağrıları yer tutur. Folik turşusu yarpaqlı yaşıl tərəvəzlərdə, limonda, balqabaqda, quru yemişdə və zeytunyağında tapılır.
Əvvəlki məqaləBədənin möhkəmləndirilməsi üsulları
Növbəti məqalədəEvdə edilən doğum ilə əlaqədar 6 gerçək…