sağlamlıq

Həkim-dermatoloq İndira Mütəllibzadə dərinin günəş şüasına məruz qalmasının xərçəngə səbəb olub-olmayacağı ilə bağlı media.az-a açıqlamasında danışıb.
“ABŞ-ın Dermatoloqlar Assosiasiyasının rəsmi məlumatlarına görə, ultrabənövşəyi radiasiyaya məruz qalmanın artması səbəbindən dəri xərçənginin inkişaf ehtimalı yüksəkdir.
Günəş şüaları dəriyə düşdükdə dəri qızarmağa, sonra qaralmağa başlayır, tonlaşma baş verir. Ultrabənövşəyi şüalara çox uzun müddət məruz qaldıqda dəridə ləkələr görünür. Bunlar keçib getməyən piqmentdir, xala bənzəyir, xoşxassəli neoplazmalardır (şişlər – red.). Ancaq insan qoruyucu vasitələrdən istifadə etmədən daim günəşin altında qalmağa davam edərsə, xoşxassəli neoplazmalar bədxassəlilərə çevriləcək”.
Əvvəlki məqaləKörpələrin göbək bağını gec kəsməyin
Növbəti məqalədəİntim “oyuncaqlar” qadın sağlamlığı üçün faydalıdır