Qadınlar arasında evdə doğum etmə gedərək yayılır.Bunu tələb edən qadınların ən məşhur səbəbi isə rahatlıqdır.Budur sizə evdə doğumla əlaqədar bilməniz lazım olan 6 gerçək:

1-Həkimlər xəstəxanada doğumun daha etibarlı olduğunu söyləyirlər.Evdə doğumun etibarlı olub-olmadığı haqqında müzakirələr davam edir.Evdə doğumda yeni doğulan uşaqda ölüm riski daha yüksəkdir.

2-Evdə doğum risklidir.2010-cu ildə edilən bir işə görə evdə doğulan körpələrdə ilk ayda ölüm riski daha çoxdur.Ancaq bu analiz tam bir nəticə verməmişdir. Əldə edilən nəticələr evdə doğumla xəstəxanadakı doğumun qəti risklərini və üstünlüklərini əks etdirməməkdədir.

3-Evdə doğumda bəzi vəziyyətlər daha az risklidir.Evdə doğulan körpələr xəstəxanada doğulan körpələr ilə müqayisə edildiyində,vaxtından tez doğum və kilosuzluq kimi problemlər daha az olur.

4-Mama (akuşerka) çox əhəmiyyətlidir:Ümumi mənada evdə doğulan körpələr ümumiyyətlə iflic riskiylə qarşı-qarşıya qalır və Apgar(körpənin nəfəsinə,ürək döyüntüsünün sürətinə,əzələlərinə və reflekslərinə görə edilən ümumi sağlamlıq testi) aşağı nəticələrdə olur.Ancaq doğum üçün savadli və təhsilli bir mama tapılarsa xəstəxanada doğanlar qədər sağlam bir körpə dünyaya gələ bilər.

5-Evdə doğumlar sığorta daxilində deyildir.Evdə doğum,xəstəxanada doğuma görə çox daha ucuz olsa da,sonradan pul ödəmək məcburiyyətində qalanlar üçün problem ola bilər,çünki sağlamlıq sığortaları evdə doğumu qarşılamır.

6-Müəyyən sağlamlıq problemi olan qadınlar evdə doğum etməməlidirlər.Sağlamlıq problemi olan ana namizədləri,doğum əsnasında olan hadisələrdə yüksək risklə qarşı-qarşıya olduqları üçün evdə doğum etməməlidirlər.37 həftədən əvvəl ya da 41 həftədən sonra doğum ediləcəksə bu doğuş xəstəxanada keçilrilməlidir.

 

 

 

Əvvəlki məqaləYaşı irəliləyən qadınların ehtiyacı olan 5 qida növü.
Növbəti məqalədəDəcəllik edən uşağa nə etməli, necə davranmalı?