ABŞ-ın məşhur psixoanalitiki Alain Herli
qadın psixologiyası ilə bağlı ciddi araşdırmaların müəllifidir.
O, 14-82
yaşlı xanımlarla söhbətlər edərək müəyyən qənaətlərə gəlib və bu qənaətlərini
“Psychologies” jurnalında qələmə alıb.
  Alain Herli xanımları yaş və intim həyat
dövrü üzrə 6 qrupa ayırıb və dövrlər üzrə psixoloji durum barədə qeydlər
edib. 
Azadqadin.az  bu qeydlərin maraqlı
hissələrini tirajlayır. 
 
16-25 yaş: romantizm
-Cinsi həyat hələ başlanğıc
nöqtəsindədir. Gənc qadını sabit bir cinsi həyatdan daha çox əks cinslə əlaqə
qurmaq düşündürür. Hər qarşılaşma yeni bir təcrübədir. Bu dönəmə damğasını
vuran şey uşaqlıq xatirələridir. Müdafiə mexanizmləri çox güclüdür. Bir
yandan macəra axtarır, digər yandan müdafiə olunmaq istəyirlər. Bu yaşın əsas
özəlliyi romantizmdir. Bir yandan cinsi həyata maraq var, digər tərəfdən isə
həmişə gecikən bir şahzadəni gözləməkdədirlər. 
 
25-38 yaş: yaradıcılıq
-Duyğuların sabitliyə qovuşduğu yaşdır.
Qadın, bədəninə alışmağa başlayır. Gövdəsini tanıyır. Kişilərlə yaxşı
münasibətin necə qurulacağı haqqında düşünür. Cinsi həyatla bağlı bəzi
incəlikləri öyrənib. Daha yaradıcı və birbaşa cinsi həyatı kəşf edib. Ancaq
35 yaşdan sonra məşhur “bioloji saat” çalışmağa başlayır. Seksdən həzz alma
duyğusu artır, analıq hissiyyatı əvvəlki kimi olmur. Amma gözlənilənlərin
əksi baş verəndə vəziyyət qəlizləşir. Qadın cinsi həyatdan zövq ala bilmirsə,
iztirablar başlayır. Bu yaşın üstünlüyü qadının cəsarətli addımlar ata
bilməsidir. 30 yaşından sonra lazım olan şey daxili enerjini toplamaq, onu
yaxşı bir istiqamətə yönəltmək və bu işin qulpundan möhkəm
yapışmaqdadır. 
 
38-47 yaş: Cinsi həzz və şəhvət
-Bir qadının cinsi həyat baxımından 40
yaşına girməsi, daxili gerçəyi ilə üzləşməsi, bədəni və arzuları ilə harada
olduğunu anlamaq saatıdır. Analıq vəzifələrini yerinə yetirmək duyğusu
müstəqillik əvəz edir. Cinsi həyat və şəhvətə yenidən üstünlük verilir. Cinsi
həyat təbii şəkildə qadınlıq duyğusunun mərkəzində yer alır. Bu yaşın əsas
xüsusiyyəti qadının özünü sorğu-sual etməsidir. O,bədəni ilə nizamlı
münasibət qurar. Özünəvurğunluq artar. Və ilkinc bir məqam: qadınların çoxu
ilk orqazmını 38-47 yaşları arasında yaşadığını etiraf edir. Qadın
arzularının gücünü etiraf edər, onu maskalamaz, inkar etməz və arzularından
qaçmağa çalışmaz. Çünki cinsi həyat arzuları içərisindədir. 
 
Pis xəbər isə budur ki, bu yaşlarda
aybaşı pozulmaları baş verməyə başlayır. Bu da növbəti yaş dövrü üçün
problemləri artırır. İlk problemlər seksə marağı azalda bilir, bəzi hallarda
qadınlar depressiyaya düşür, nostalgiya artır. Yaxşı xəbər isə budur ki, bu
yaşlarda qadın cinsi problemləri faciəyə çevirmir, lirik düşüncələri ona daha
çox hakim olur. 
 
47-50 yaş: Sorğu-suala tutmaq
-Bu dövr çox önəmlidir. Çünki bu, “50
yaşa giriş ” anlamına gəlir. Verilən suallara mütləq cavab tapılmalıdır.
Artıq yaş keçir. Növbəti illəri qarşılamaq üçün özünə keçmişlə bağlı həqiqi
və dürüst hesabat verməlisən. Bunun üçün üç mərhələ var. Əvvəlcə qət edilən
yolun hesabatı verilir. Qət etdiyin yol məqbul hesab edilir. İrəliyə getmək
haqqında düşünülür. Daha sonra evlilik, bir yerdə olma nəzərdən keçirilir.
Qadın bütün ömrü boyu bunun qorunması üçün çalışıb, bu səbəbdən də indi
vəziyyətin necə olduğuna baxar. Hansı vədlər yerinə yetirilib, hansı işlər
görülməmiş qalıb? Bu hesabat ayrılmaq, boşanmaq məqsədilə deyil, daha uğurla
irəli getmək üçün verilir. Qadın bu dövrlərdə cinsi həyatını hansı şəkildə
qurmaq məqsədilə çox oxuyur. Eyni zamanda yaşlanmaq qorxusu artmağa başlayır.
O, qorxularını ictimai fəaliyyətlə azaltmağa çalışır. 
 
50-55 yaş: qasırğa, böyük qarışıqlıq
 
-Bu yaş dövründə ciddi problemlər
başlayır. Aybaşının kəsilməsi baş verir. Bax, bu, qadının həyatında hər şeyi
alt-üst edir, sanki bir qasırğa baş verir. Daxildə cinsi hissləri yaşatmaq
üçün böyük bir müqavimət başlayar. Aybaşının kəsilməsi cinsi həyatın sonu
deyil. Bu yaşın ən gözəl xüsusiyyəti seks arzularının hələ də yaşaması, həm
özünə, həm də yoldaşına bunu sübut etmək məcburiyyətidir. 
 
55 yaşdan sonra 
 
-Pis xəbər budur ki, 65 yaşa qədər
qadının səhhətində problemlər yaranır. Daha bir xəbər odur ki, seks istəyi bu
yaşda da ola bilər. Əgər istədiyini tapa bilsə, hətta orqazm da yaşaması
mümkündür. Bu yaşda seks duyğusal bir oyun deyil, sadəcə, doymağa yönəlmiş bir
addımdır. Ancaq bədən artıq o bədən deyil. Bu səbəbdən ağır bir depressiya
yaşanır, qadın sanki həyatdan qopub. Bu yaşda qadını ayaqda saxlayan şey
yaşamaq eşqi və tarazlıqdır.
 
Əvvəlki məqaləEvdə edə biləcəyiniz üz və bədən maskaları
Növbəti məqalədəBədənə ümumi qulluq qaydaları