qadın sağlamlığı

Sual 1: Vaginizm xəstəliyi nədir?

– Vaginizm xəstəliyi qadınlarda görünən psixoloji və eyni zamanda ginekoloji xəstəlik olub qadınların özlərindən asılı olmadan vaginanın xarici üçdə bir hissəsindəki əzələnin (m.pubococxygeus) cinsi əlaqəyə imkan verməyəcək dərəcədə sıxılmasıdır.

Sual 2: Vaginizmin əlamətləri nələrdir?

– Vaginizmin ilkin simptomları cinsi əlaqə astanasında cinsi orqandakı sıxılmalar,  şiddəli qorxu, kəskin ağrı, titrəmə, əsmə, həyəcan, tərləmə və ağlamaqdır.

Bununla yanaşı bir çox qadınlarda cinsi əlaqə zamanı qanaxma olacağına, yırtılmanın olacağına, güclü ağrı yaşayacaqlarına, vaginanın parçalanacağına, öləcəklərinə və s. dair qorxuları olur.

Sual 3: Vaginizm öz özünə keçirmi?

– Çox nadir hallarda. Birinci dərəcəli yüngül vaginizm zamanı psixoloq , nevropatoloq kömək edə bilər. Lakin ikinci və üçüncü dərəcəli vaginizm zamanı xüsusi müalicə tələb olunur. Yalnız şüuraltı mərkəz səviyyəsində, bəzi ginekoloji yanaşmalarla vaginizm xəstəliyinin öhdəsindən gəlmək mümkün olur.

Sual 4: Vaginizm qadının iradəsi ilə və ya özünü sıxmaması ilə aradan qalxarmı?

– Xeyr. Əzələlərin sıxılmağı qeyri-ixtiyarı, şəxsin özündən asılı olmadan baş verdiyi üçün vaginizm probleminin həllində qadının iradəsi bir rol oynamayacaqdır. Qadın bunu öz iradəsi ilə aradan qaldıra bilməz.

Sual 5: Qızlıq pərdəsinin əməliyyatla alınması vaginizmi sağaldarmı?

–  Xeyr. Qızlıq pərdəsi ilə vaginizm arasında bir bağ, əlaqə yoxdur. Qızlıq pərdəsinin aradan qaldırılması, zaman və pul itkisinə yol açmaqdan başqa bir işə yaramaz. Pasientin qazanacağı travmaları gözardı edə bilmərik.

– Sual 6: Vaginizm və cinsi əlaqə qorxusu eyni şeydir?

– Çox vaxt ikisi bərabər müşahidə olunur. Yəni vaginizmlilərin böyük əksəriyyətində həm sıxılma, həm də cinsi əlaqə qorxusu eyni anda baş verir. Ancaq bəzi qadınlarda sıxılma olsa da, qorxu olmur.

ARTIQ 6 İLDİR Kİ, VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNİ ÖLKƏMİZƏ GƏTİRDİK və 3 SEANSA 100% NƏTİCƏ İLƏ HƏYATA KEÇİRMƏKDƏYİK. BU SAHƏDƏ KİFAYƏT QƏDƏR TƏCRÜBƏYƏ SAHİBİK.

Əvvəlki məqaləHamilələr üçün dəbli geyimlər
Növbəti məqalədəQış xəstəliklərindən qorunmaq üçün