Qadınlar baxımlı olmağı sevir. Bəzən kişilərin cazibədar hesab etdiyi nüanslar biz xanımlar üçün sözün əsl mənasında qüsurdur. Elə bir xanım yoxdur ki, 2-3 kilo kökəldiyində bunu kompleks hesab etməsin. Lakin bu qədər kompleksli olmağa dəyməz. Psixoloqlar deyir ki, hər bir insanı cəkici edən nüans məhz özünün qüsur hesab etdiyi nüanslardır.
Yaş faktoru, üzdəki qırışlar, bəyazlamış saçlar, xəfif qarın və s. bütün bunlar xanımları depressiyaya sala biləcək səbəblərdir. Bəs görəsən, bütün bu sadalananlara kişilər necə yanaşır? Kişilərin “cazibədar qadın” anlayışı ilə, qadınların “eybəcər qadın” anlayışı arasındakı oxşar və fərqli məqamlar hansılardır?
Xəfif göbəkli xanımlar. Siz nə qədər dümdüz bir qarın xəyal etsəniz də, kişilər bir dəri, bir qabıq olan xanımları sevmir. Tam əksinə yüngül kilolu, azca göbəkli qadınlar kişilər üçün daha seksi görünür.
Sümüklü burun faktoru. Bu gün tibb sahəsində rinoplastika qədər inkişaf etmiş ikinci sahə yoxdur. Hər kəs burnunu əməliyyat etdirib yerinə sanki “fındıq” qoyur. Bu da kişilər tərəfindən çox rəğbətlə qarşılanmır. Təbii ki, üz quruluşundan fərqli olaraq, insan sifətinə xüsusi xarakterik özəllik qatan faktorlardan biri qaş-gözdürsə, ikincisi burundur. Sümüklü burunlar kişilər üçün estetik əməliyyat edimiş burunlardan daha gözəl hesab olunur.
Qısa boyunu kompleks edən xanımlar diqqətlə oxusun. Təbii ki, model olmaq üçün uzun, cazibədar ayaqlarınız olmalıdır. Əgər model olmaq istəmirsinizsə, sevdiyiniz kişinin xəyallarının qadını olmaq üçün uzun boya sahib olmağınız şərt deyil. Ola bilər ki, kişilər uzun ayaqlı qızlardan gözünü çəkmir. Ancaq kişilər balacaboy qızları qat-qat daha şirin və sevimli hesab edir.
Çilli xanımlar, çillərinizi gizlətməkdən əl çəkin. Üzündə, sinə nahiyəsində xəfif çillər olan xanımlar kişilərin ağlını başından alır.
90-60-90 bədən quruluşu. Bu hər 10 qadından 8-nin arzusudur. Nail olsanız yaxşı olar. Amma bacara bilmirsinizsə, sadəcə bir şeyi başa düşün ki, sevdiyiniz insan sizi qucaqladığında, qollarının arasında olan qadının bədənini hiss etmək istəyir. Kişilər tərəzi deyil, xanımlar.
Kiçik sinə – böyük sinə. Hər iki vəziyyətdən şikayətçi olan xanımlar qrupu var. Əgər sevdiyiniz insan sizə həqiqətən aşiqdirsə, sinə ölçüləriniz onu maraqlandırmayacaq. Sevgi varsa, kiçik sinədən də zövq almaq olur.