hamilə və analıq

Mütəxəssislər qışda hamilə olan qadınlara xəbərdarlıq edir. Onlar bildirir ki, yayda olduğu kimi qışda da hamilələr müəyyən məqamlara diqqət etməlidir.

İctimai yerlərdə və bağlı yerlərdə çox olmayın

Havanın soyuq olması bir çox insan kimi hamilə xanımları da böyük alış-veriş mərkəzlərinə məhkum edib. Ancaq hamilələrə

Bu cür qapalı yerlərdə olmalarını tövsiyə etmirik. Bulaşıcı xəstəliklərin sıx rastlandığı qış aylarında qapalı yerlərdə yetəri qədər havalandırma söz mövzusu olmadığı üçün sizə və uşağınıza xəstəlik bulaşma riski olduqca yüksəkdir.

Piyada gəzməyi yaddan çıxarmayın

İki can daşıyıram çox hərəkət etməməyim lazımdır düşüncəsini beyninizdən atın. Çünki nə qədər çox hərəkət edər və piyada gəzsəniz doğumunuz o qədər asan olacaq. Amma ağır məşqlərdən uzaq durmağa çalışın.

Həftədə 3 gün balıq yeyin

Qış hamilələri günəşin vermiş olduğu vitamin və minerallardan çox faydalana bilməz. Buna görə sümük inkişafı üçün lazım olan kalsiumu həftədə 3 gün balıq yeyərək ala bilərsiniz.

Yatmazdan qabaq bananlı süd için

Protein, kalsium və potasium ehtiyacınızı yatmazdan bir saat öncə içə biləcəyiniz bir stəkan bananlı süd ilə qarşılaya bilərsiniz.

Ayaqqabı seçimi

Hamilələr ayaqlarını soyuqdan qoruyacaq uyğun bir ayaqqabı seçməlidir. Duruşu dəstəkləyən, dabanı rahat və sürüşməyən bir ayaqqabı olmasına diqqət edilməlidir. Ayaqların isti qalması əhəmiyyətli olduğundan pambıqlı və ya yunlu corablar geyinə bilərlər.

Əvvəlki məqaləYaş, üzdəki qırışlar, xəfif qarın… – Bu yazı xanımları kompleksdən qurtaracaq
Növbəti məqalədəUşaqlarınızın ağıllı və sağlam düşüncəli olması üçün SADƏ TƏRBİYƏ ÜSULU