sağlamlıqİdman zalına getmədən ev şəraitində daha feminəl bədən quruluşuna sahib olmaq istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk.

Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.

Aramla nəfəs alıb-verin.

Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.

Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.

İlk halqanız hamar və yumşaq olmalıdır. 30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın.

Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!

1. Sadə fırlanma.

Halqanı belinizdə 2 dəqiqə saat əqrəbi hərəkəti istiqamətində, 2 dəqiqə isə əksinə fırladın. Başlarda bir istiqamətdən digər istiqamətə keçid sizə çətin gələcək ki, bu normaldır.

Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.

Aramla nəfəs alıb-verin.

Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.

Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.

İlk halqanız hamar və yumşaq olmalıdır. 30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın.

Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!

2. Çömbəlmə.

Saat əqrəbi istiqamətində hərəkət edərkən sağ ayağı azca qabağa, sol ayağı isə arxaya qoymaq lazımdır. Halqanı dayanmadan fırlatmaq, istiqaməti dəyişərkən əyilmək və sonra yenidən davam etmək lazımdır. Hərəkəti 3 dəfə təkrarladıqdan sonra ayaqların vəziyyətini dəyişin.

3. Əllər yuxarı.

Dimdik dayanaraq əlləri yuxarı qaldırıb, halqanı hərəkət etdirin. Bu vəziyyətdə halqanı hər iki istiqamətdə (saat əqrəbi hərəkəti istiqamətində və əksinə) 2 dəqiqə fırladın.

4. Sürətin dəyişməsi.

Məşqə başlayarkən halqanı maksimum sürətli fırladın. Daha sonra isə yavaş-yavaş sürəti azaldaraq minimuma endirin. Əgər hiss etsəniz ki, halqa düşəcək, o zaman yenidən başlanğıc alın, maksimum sürətlə davam edin, prosessi təkrarlayın. Fırlanmanı hər istiqamətdə 2 dəfə dönərək təkrar edin.

5. Yeriş

Aktiv istifadəçi üçün: halqanı fırladaraq sürəti itirməyərək və əzələni yumşaltmayaraq kiçik addımlarla irəli, geri, sağa, sola hərəkət etmək olar.

Əvvəlki məqaləCazibədar dodaqlar üçün 5 maska
Növbəti məqalədəUlduz falı – 28 iyul