Xüsusi olaraq qadınlara aid sağlamlıq bildirışləri

Qadınlarda infarkt əlamətləri kişilərdən fərqli ola bilər. Amerikalı mütəxəssis qadınların 52 faizinin kişilərlə müqayisədə xəstəxanaya 15 faiz gec getdiyini deyib. Amerika Universitetinin Tibb fakültəsinin sağlamlıq proqramının direktoru Lasemi Mehta qadınların infarkt riskini stress, adi bel ağrısı ilə asanlıqla qarışdıra biləcəyini deyir.

Qadınlar bu əlamətləri hiss edən kimi həkimə müraciət edin.

1-Bədənin qurşaqdan yuxarı qismində ağrılar – süd vəzilərində, çənədə, beldə, boyunda, çiyində ağrılar. 2-Yorğunluq – yorğunluq, halsızlıq bəzən çox danışmaqdan irəli gələ bilər. Amma bu həm də ürəkdən qaynaqlanan bir problemin əlaməti ola bilər.
3-Yuxusuzluq – yuxusuzluq üst tənəffüs yollarında daralmalara gətirib çıxara bilər. Bu da qanın ötürülməsində fəsadlar verər. Nəticədə bir neçə aydan sonra infarkt riskini 30 faiz artırır.
4- Bulantı, qusma, mədə qıcqırması – ürək və mədəyə eyni mənşəli sinirlər xidmət edir. Buna görə, bu əlamətlər infarktın əlamətlərindən biri ola bilər.
5-Təngnəfəslik – idman zamanı təngnəfəs olmaqla, heç bir iş görmədən, hərəkətsiz halda nəfəssiz qalmaq eyni şey deyil. İnfarkt ürəyin qan ötürməsi funksiyasına mənfi təsir edir və ağ ciyərlərdə qan təyziqi yüksəlir. Bunun nəticəsində nəfəs almaq çətinləşir.
6 – Əsəb, gərginlik – ürəyin sürətlə döyüntüsü, tərləmə infarktın siqnallarından biri ola bilər. Əgər ortada əsəbi olmağınıza səbəb ola biləcək bir hadisə yoxdursa, mütləq həkimə müraciət edin.

Əvvəlki məqaləƏlavə kilolar almamaq üçün nə etməli?
Növbəti məqalədəUşaqlarin hər istədiyini etməyin!