Bütün evdar qadınlar evləndikdən sonra ən az 5 kilo alır. Köklük xəstəliyinə ən çox evdar qadınların tutulduğuna diqqət çəkən Dr. Ayça Qaya, səbəbləri açıqladı.

Dr. Qaya, “Saatlarla özünü mətbəxə həbs edən qadın bir tərəfdən növ -növ yemək hazırlayır, bir tərəfdən də hər bişirdiyinin dadına baxarsa sonda çox -çox gözə görünməyən kilolar almış olur.

Kekslər, bulkalar, hər növ şirniyyatlar

Əsas yeməklər qədər kalorisi  olan ,amma fərqinə belə varmadığımız yemək vərdişi də günortadan əvvəl və günortadan sonra yeyilən abur cuburlardır. ‘Mən tez bazar yemirəm’ deməyin, çünki uşağınızın mübtəlası olduğu o abur cuburlar nədirsə, sizin etdiyiniz qoğallar, bulkilər, kekslər də o demək olur! Yəni nəticədə uşağınızla sizin aranızda davranış olaraq əslində bir fərq yox, yalnız aldığınız kalorinin qaynaqları fərqlidir.

Həvəssiz olmayın, uşaqlarınızla birgə idman edin

“Analarımız səhərdən axşama qədər əldə paltar yuyardı” deyən Dr. Qaya, Paltaryuyan maşınlar, tozsoranlar, qurutma maşınları, buxarlı yer silənlər… Artıq ev işləri əsnasında verilən enerji yarı yarıya endi, hər şeyi barmağımızın ucuyla, enerji xərcləmədən edə bilirik.
Ev xanımlarının ən böyük səhvi ev işləriylə həddindən artıq məşğul olub, məşqə zaman ayırmamalıdır. Ya da buna qısaca ‘hər işə vaxt ayırıb idmana həvəsim yoxdur’ deyək. Halbuki gündə yalnız 30 dəqiqə! Hər gün yarım saat templi gediş ‘kilolara nəzarət və sağlamlıq’ deməkdir.

Ən yaxşı iştah kəsici derman darçındı  smile

Alternativ yeməklər araşdırın, qonaqlarınızla da yeni kəşflər mövzusunda təbliğat aparın.  Xəmirli, yağlı, bol şəkərli qidalar yerinə tərəvəzlərdən, meyvələrdən edilən fərqli, ləzzətli və sağlam variantlara yönəlin. Növü azaldın. Masanı onlarla yeməklə bəzəmək məcburiyyətində deyilsiniz, sizi həqiqətən sevən və sağlamlığına əhəmiyyət verən qonaqlarınız bunu hörmətsizlik olaraq hesab etməyəcək. Fərqli, maraqlı və diqqətlə edilmiş bir neçə sağlam yemək, masaya yayılmış onlarla börək -kökədən daha çox maraqlı görünəcək,buna əmin olun. Yeməklərinizi hazırlayarkən duzu və yağı azaldın. Qızartmalardan imtina edin, mayonezə əlvida deyin. Şəkərlərdə alternativ dadlandırıcılar istifadə edin. Bəkməz, xurma, darçın kimi. Qonaqlarınıza onlara nə qədər dəyər verdiyinizi yeməklərin bol kalorisiylə deyil,sağlam olmasıyla sübut edin.  Boşqabları kiçildin. Çayınıza darçın qatın, darçın yaxşı bir iştah kəsicidi. Yeməklərinizdə zülal, tərəvəz, meyvə və süddən istifadə edilmiş qidaların olmasına diqqət edin. Süfrəniz nə qədər rəngli olsa, o qədər sağlam olacaq.
Əvvəlki məqaləDəcəllik edən uşağa nə etməli, necə davranmalı?
Növbəti məqalədəXüsusi olaraq qadınlara aid sağlamlıq bildirışləri