Hər istədiyini rahatlıqla əldə edən uşaqlar daha az xoşbəxt olur.

 

Türkiyənin Zekai Tahir Burak Sağlamlıq Təhsili və Araşdırma Xəstəxanasının psixoloqu Ümran Akıncı, eqosu şişirdilən, əlindəki nemətlərə şükür edilməsi öyrədilməyən, hə istədiyinə rahatlıqla nail olan uşaqlar gələcək həyatlarında xoşbəxt olmur. 

 

Psixoloq qeyd edib ki, işləyən analar uşaqlarına daha çox vaxt ayıra bilmədiyi üçün özlərini çox pis hiss edir və vicdan əzabı çəkirlər. Buna görə də uşaqlara hər istədiyini alırlar.

 

Psixoloq həmçinin kənd həyatı yaşayan uşaqlarla, şəhərdə yaşayan uşaqları müqayisə edib. O deyir ki, kənddə yaşayan uşaqların daha çox məsuliyyəti olur. Onlar dərslərinə çox ciddi yanaşır və məsuliyyət hiss edirlər. Bununla yanaşı valideynlərinə də müxtəlif işlərdə kömək etməli olurlar. 

 

Şəhər uşaqlarının isə dərslərindən başqa heç bir məsuliyyəti olmur. Bununla belə onlar yenə narazıçılıq edilər. Çünki vaxtında onlara çox güzəşt edilib və hər şeyi çox rahat əldə ediblər. Analar “Qoy uşağım dərsə hazırlaşsın. Heç bir iş görməsin. Mən özüm onun yerində də hər şeyi edə bilərəm” deyir. Nəticədə isə uşaqlar çox kaprizli olur. Hətta ana bir-iki günlük xəstə olsa və övladından bir stəkan su istəsə, uşaq onu min cürə nazdan sonra gətirəcək. Çünki onlara ailə məsuliyyəti haqqında düzgün tərbiyə verilməyib.

 

Burdan isə belə nəticə çıxır ki, məsuliyyəti dərk edən uşaqlar gələcəyini daha çox düşünür və daha çox nailiyyət əldə etməyə cəhd göstərir. 

 

Eqosu yüksək olan uşaq isə əlindəkinə şükür etmir və hər zaman narazıçılıq edir.

 

Əvvəlki məqaləXüsusi olaraq qadınlara aid sağlamlıq bildirışləri
Növbəti məqalədəSamsungdan sual və təəccüb dolu 2024