Bu vərdişlər eynilə bədəninizdəki toksinlər kimi, davamlı olaraq sizin bədbəxt olmağınız üçün “zəhərləyirlər.”
Əgər həyatınızda sizi məcbur edən vərdişlərdən, qidalardan, düşüncələrdən və hadisələrdən əl çəkməsəniz, bədbəxtliyinizi əllərinizlə yaradırsınız deməkdir.
Əvvəlcə fərqində olmağınız lazımdır. Bir çox şəxs, etdiyi davranışın ona zərər verdiyinin müəyyənləşdirə bilmir, müəyyənləşdirsə də mane ola bilmir.
Bəlkə sizin də fərqində olmadığınız bir çox zərərli vərdişiniz vardır. Bu da ən məşhur olan vərdişlərdən bəziləri… Gəlin birlikdə nəzər salaq …
Həddindən artıq yemək
 
Yemək “tələsi”-nə düşməyin. Bu sizi arxasından sürüyən ağır bir maneədir.
Sağlam yeməmək üçün yalnız bəhanələriniz ola bilər, ancaq həqiqi səbəbləriniz ola bilməz.
Ucuz və praktik qəlyanaltılar yemək, işin asan yoludur və bunu vərdiş halına gətirmək zərərli bir davranış formasıdır.
Özünüzü qəflətən kilolu halda görərsiniz təccüblənməyin, bu yavaş-yavaş aldığınız üçün çox vaxt fərqinə varmadığınız “vərdişin” nəticəsidir. Sonunda gəldiyiniz hal, sizi bədbəxt edər.

Həddindən artıq içki
Əvvəl bir içki, sonra bir içki daha, sonra bir dənə daha … Bir çox şəxs üçün yorğun və stressli bir gündən sonra bir qədəh şərab yaxşı bir rahatlaşdırıcıdır.
Ancaq bunu hər gün edilən bir vərdiş halına çevirsək, bu bir asılılıq olacaqdır. Asılılıqlar bədəninizə zərər vurur və sizi bədbəxt edir. Bunun toksik bir vərdiş olduğunu unutmamalısınız.

Yarış halında olmaq

Özünüzü ətrafınızdakı hər kəslə, hər şeylə yarış içində hiss edirsinizsə, bu vərdişdən dərhal imtina etməlisiniz. Etibarsız və zəif insanların taktikası, daima yarışmaqdır. Üstəlik bu bir həqiqi yarışma deyil, içində ehtiras olan bir qısqanclıqdır…
Onun evindən daha gözəl bir ev, daha gözəl bir avtomobil, daha gözəl görünmək, daha çox pul… Ehtiras içində olmaq sizi psixoloji olaraq zəhərləyir, bir müddət sonra da fiziki olaraq …

Həddindən artıq məşq
Məşq, stressi aradan qaldırar və sizə sağlamlıq qazandırar. “Onu özünüzə zərər vermək üçün istifadə etməyin” demişdi Mat Hiskox. İdman salonundan az qala çıxmadan yaşayan insanlar var…
Eynilə həddindən artıq yemək kimi, həddindən artıq məşq də, “obsesif”, “kompulsif” həddindən artıq məşq sahəsində də özünü göstərə bilər. Bu da olduqca zərərli bir vərdişdir.
Bədəni həddindən artıq yormaq, xəsarət, uzun müddət müalicə tələb edən sağlamlıq problemləri kimi təsirləri reallaşdıra bilər.

Narahatlıq
 
Hər məsələnin pis tərəflərini görən insanlardan birisiniz? Həmişə mənfi danışmaq, pis hadisələri düşünmək, sizi həmişə narahat edir.
Belə düşünmə vərdişi, bir müddət sonra düşüncələrinizi və ruhunuzu ələ keçirər və həyatınızın həmişə belə mənfi fikirlərlə dolmasına səbəb olar.
Həqiqətən narahat olmağa başladığınızda, bədən dağıdıcı bir hal alır. Yuxularınız pozulur, psixologiyanız zədələnir. Bədəninizə əbəs yerə toksin yığırsınız…

Həddindən artıq alış-veriş
Alverin həddini aşması da hər şeydə olduğu kimi zərərlidir. Özünüzü xoşbəxt etmək üçün alış-verişə çıxarsınız, ancaq evə qayıtdıqdan qısa bir müddət sonra sizi bədbəxt edən səbəb təkrar ortaya çıxır.
Üstəlik lazımsız pul da xərcləmiş olarsınız. Alış-verişə çıxmaq istədiyinizdə, gedib ehtiyacı olan birinə o pulları verin. Həm özünüzü daha yaxşı hiss edərsiniz, həm bu vərdişdən xilas olmuş olarsınız.

Sosial şəbəkələr
Əgər gün ərzində bir neçə saat ərzində vaxtınızı ictimai mediaya sərf edirsinizsə, zərərli bir vərdişə sahibsiniz deməkdir. Etdiyiniz və yediyiniz hər şeyin fotoşəkilini çəkib, bunları hər kəslə paylaşmaq bir xəstəlikdir.
Öz qaydalarınızı, zamanla əlaqədar idarənizi itirdiyinizi göstərir…

Əgər adi hesab etdiyiniz bu zərərli vərdişlərdən tezliklə xilas olmasanız, gedərək daha tənha bədbəxt bir insana çevrilərsiniz.
Əvvəlki məqaləPayızın ən faydalı qidası-Göbələk
Növbəti məqalədəDırnaqların sağlamdırmı?