Dırnaqdakı ağ ləkələr maqnezium əksikliyinin, uzunsov dırnaqlar isə həzm sistemindəki problemin işarəsidir.
 
Hər insanda orta hesabla 1 mm uzanan dırnaqlar, fiziki vəziyyətin də xəritəsi olaraq qəbul edilir. Dırnaqların şəkli və rəngi, sağlamlıq vəziyyəti haqqında məlumat verir.
Dırnağın rənginin çox əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər, sağlam bir insanda dırnaq altındakı rəngin çəhrayı olduğunu, ən kiçik bir dəyişikliyin xüsusilə vitamin əksikliyinə işarə etdiyini ifadə edir. Buna görə, dırnaqdakı ağ ləkələr maqnezium əksikliyindən əmələ gəlir.
 Əgər dırnaq rəngi çəhrayıdan çox qırmızı rəngə çalırsa, bu qandakı xolesterol nisbətinin artmış olduğunu göstərir. Bu rəngdə olan dırnaqlar qaraciyərdə və ürək damarlarında bir narahatlığın xəbərçisi də ola bilər.
Qırmızı ilə bənövşəyi arası rəngdəki dırnaqlar isə artıq şəkər istehlakından ortaya çıxır, mütəxəssislər asan qırılan dırnaqların tərəvəz və meyvə, balıq qəbulunun azlığından yaranan vitamin çatışmazlığının qaraciyərə əks olunduğunu ifadə edir.
Üfüqi və düz dırnaqlar həddindən artıq stressin xəbərçisi olaraq qiymətləndirilərkən, şaquli dırnaqlar həzm sistemində bir problem olduğunun göstəricisi sayılır.
Əvvəlki məqaləXoşbəxt olmanıza mane olan 7 adi vərdiş
Növbəti məqalədəBədəninizin təbii qoxusunun gözəlləşdirin