Bədəninizin təbii qoxusunun gözəlləşdirin Hər bir insanın, genetika, sağlamlıq və şəxsi gigyena baxımından özünəməxsus bədən qoxusu vardır…

Sulfid tərkibli qidalar, məsələn: brokli, kələm, gül kələm, turp, soğan və sarımsaq 72 saat müddət çəkən, çox pis bir bədən qoxusu meydana gətirirlər… Bu da insanın cazibədarlığının azalmasına gətirib çıxarır…
Ancaq bəzi qidalar insanın bədən dərisini təbii gözəl bir qoxu yaymasına və cazibədarlığının artmasına səbəb olur...
Narıncı meyvələr Təravətləri ilə canlandıran, ətirləri ilə oyandıran, orqanizm tərəfindən asanlıqla sorulan, bədənin təbii qoxusuna pozitiv yöndən təsir edən bu gözəl qoxulu meyvələri: ananas, portağal, çiyələk və alma yeməyi sınaqdan keçirin… Hər gün bir stəkan alma suyu içmək pis bədən qoxularını aradan qaldırmaq üçün yetərlidir…
Hil Xoş bir ağız qoxusu spreyi kimi tanınan hil, bədən tərəfindən çox tez sorularaq ağızdan və bədəndən çox gözəl qoxu gəlməsinə səbəb olur…
Yasəmən çayı Bir stəkan bu çayı içməyi sınaqdan keçirin.. Ümumiyyətlə bütün bitki çayları həzmə kömək edib, toksinləri bədəndən çıxararaq bədəndən təbii, gözəl ətir gəlməsinə səbəb olur…
Çəmən otu toxumları Gecədən bir qədər suda toxumları isladın, səhər yeyin və gün boyu bədəninizin gözəl qoxumasının ləzzətini çıxarın..
BibəriyyəBu xeyirli ədviyyat, orqanizmin bir çox xəstəliklərini sağaltmaqla yanaşı, bədənin təbii ətrinin gözəlləşməsini də təmin edir..
Qatıq Tərkibindəki xeyirli mikroorqanizmlər, mədənin həzmini asanlaşdırır və bədənin gözəl ətirli qoxumasına səbəb olur…
Limonlu suOrqanizmi yeniləməyə və təmizləməyə köməkçi olur.  Daha çox su içmək, eyni zamanda orqanizmin təmizlənməsinə və gözəl ətirli olmasına səbəb olur…
 
Darçın, kəklikotu və nanəBu ədviyyatlar bədənin təbii qoxusunu təmin etməkdə olduqca təsirlidirlər…
Bədəninizin təbii qoxusunun gözəlləşdirin
Əvvəlki məqaləDırnaqların sağlamdırmı?
Növbəti məqalədəMin bir dərdin dərmanı gicitkən.