Min bir dərdin dərmanı Gicitkən.

Çox vaxt alaq hesab edilən bu bitkinin kökü, toxumları, yarpağı bir çox xəstəliklərin dərmanıdır.

Tərkibində A, B, C vitaminləri, orqanik turşu kimi maddələr olan gicitkən nə qədər insanları dalayaraq, onları özündən uzaq tutmağa çalışsa da, insanlar onun sağlamlığa olan faydalarından daima istifadə etməyə çalışırlar.

 

 


Bəs gicitkən hansı sağlamlıq problemlərinə müsbət təsir edir?

 

James Madison Universitetində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gicitkən otunu dəmləyib çay kimi içərək aşağıdakı xəstəlikləri müalicə etmək mümkündür.


 


1) Qanı təmizləyir və artırır


2) Dəmir çatışmazlığını aradan qaldırır


3) İltihabı götürür


4) Revmatizmin müalicəsi üçün olduqca əhəmiyyətlidir


5) Mədə bağırsaq yaralarını yaxşılaşdırır


6) Bir çox allergiya xəstəliyinə müsbət təsir edir


7) Yetkinlik dövründə ortaya çıxan səpkiləri təmizləyir


8) Həmçinin, gicitkən toxumunu döyərək balla qarışdırıb gündə 2-3 çay qaşığı yemək cinsi gücü artırır.

 

 

Hansı xəstəlikdə necə istifadə etməli.

 

*Ekzema zamanı gicitkənı dəmləyib, içmək xəstəliyi sağaldır.


*Əgər viruslarla problemin varsa, gicitkənı gecə dəmləyib, səhər içmək məsləhətdir.


*Ağciyər, qaraciyər, dalaq, bağırsaq xəstəlikləri olanlara tez-tez gicitkənı yağda yağda qovurub, yemək xeyirlidir.


*Göbələk xəstəliyindən əziyyət çəkənlərin də içərisinə gicitkən tökülmüş su ilə tez-tez yuyunmaları müsbət nəticə verir.


*Revmatizması olanlar təbii gicitkəni əzib, ayaqlarına kompres edə bilərlər.


*Mədəsində xora olan bir qadın 1 ay təbii gicitkəni duzlayaraq yeyib. 1 aydan sonra müayinəyə gedən qadına həkim tamamilə sağlam olduğunu deyir.
Əvvəlki məqaləBədəninizin təbii qoxusunun gözəlləşdirin
Növbəti məqalədəAybaşı gecikməsi səbəbləri