Xəstəliklərdən qorunmaq üçün bunları yeyin…

Soyuqların gəlməsiylə həm xəstəlik mövsümü, həm də iştahalar açıldı. “Karbohidratlı qidalara yönəldiyimiz, meyvə-tərəvəzlərə laqeydlik etdiyimiz bu dövrdə həm kilo alır, həm də xəstəliklərə asan tutuluruq” – deyən pəhriz mütəxəssisi Serkan Tutar, bu çətinliklərə qarşı möcüzə qidalar siyahısını təklif etdi …
Balqabaq

 

Qış süfrələrinin imtina edilməz dadlarından biri olan balqabaqdan ölkəmizdə əsasən müxtəlif şirniyyatlar hazırlansa da çox çeşidli xörək və şorbaları da hazırlanan bir tərəvəzdir. A, B və C vitaminləri ilə zəngin olan balqabağın bir başqa əhəmiyyətli xüsusiyyəti isə Omega-3 yağ turşularını ehtiva etməsidir.

 

Brüssel kələmi
Bu kiçik sağlıq “top”ları zəngin vitamin və mineral resurslarıyla sağlamlığınıza sağlamlıq qatar. Salat və yeməklərinizdə istifadə edərək xəstəliklərə qarşı qoruna bilərsiniz.

 

Pazı (çuğundur başı)
Qış mövsümü boyunca ispanaq və pazı kimi tünd yaşıl yarpaqlı tərəvəzlərə tez-tez rast gələrik. Folik turşusu ilə zəngin olan bu qrup tərəvəzlər qidalanmamızda əhəmiyyətli bir yerə malikdir.

 

Sitrus meyvələri
Qışda ən çox ehtiyacımız olan meyvə qruplarındandır. Sitrus bitkiləri beta karotinlə zəngindir. Portağal, naringi və qreyfrut ən məşhurlarıdır.

 

Qulançar
Ölkəmizdə olan məşhurluğu gün keçdikcə artan qulançar, yüksək K vitamini və folat tərkibiylə olduqca faydalı bir tərəvəzdir. Eyni zamanda, digər qış tərəvəzləri kimi A, B və C vitaminləri ilə də zəngindir.

 

Kələm
Turşusundan dolmasına qədər bir çox şəkildə süfrələrinizə qonaq olan bu tərəvəz,  ehtiva etdiyi kükürdlü birləşmələr ilə xərçəngə qarşı qoruma təmin edir və bədəninizi zərərli tullantılardan təmizləyir. Qışda bol-bol istehlak edin.
Xəstəliklərdən qorunmaq üçün bunları yeyin…
Əvvəlki məqaləQışda üz dərisinə qulluq qaydaları
Növbəti məqalədəSağlam saç uzatmanın ən asan yolu