Sağlam saç uzatmanın ən asan yolu

Gündəlik həyatda yüksək dozada məruz qaldığımız stress səbəbiylə həm qadınlarda, həm də kişilərdə müxtəlif saç problemlərinə tez-tez rast gəlirik. Saç tökülmələrinin yanında, saçlarda qırılma, uzamama kimi problemlər yaşayan bir çox adamın imdadına təbii məhsullar çatır. Hər şeydən əvvəl qidalanmanıza diqqət göstərməli, qidalar yoluyla bədəniniz və bu səbəbdən saç sağlamlığınız üçün lazım olan vitamin, zülal, yağ və mineralları aldığınıza əmin olmalısınız.

 

Sağlam saç uzatmaq üçün təkliflər:
Saçlarınızı yalnız yağlandığında yuyaraq işə başlaya bilərsiniz. Hər gün şampun istifadə etmək, çox isti suyla duş almaq saçınızı, saç dərinizi və dərinizi qurudar. Saçların quruması qırılmaları artıracağı üçün tez-tez kəsdirmək məcburiyyətində qala bilərsiniz. Bu səbəblə, saçlarınızı yalnız lazım olduğu zaman şampunlayın və ilıq suyla yuyunmağa çalışın. 

 

Sağlam saç uzatmaq üçün doğru saç modelləri
Uclardakı qırıqları nizamlı olaraq aldırın. Saçlarınızın bir an əvvəl uzanmasını istəyirsiniz və qırıqları kəsdirmək əməliyyatının saçlarınızın uzanmasını gecikdirdiyini düşünə bilərsiniz. Ancaq qırılan bölgələri kəsdirməzsəniz bu qırıqlar artar və saçlarınız qabarıq, qeyri-sağlam göstərər. Qırıqları nizamlı olaraq kəsdirmək saçın sağlam uzanmasına kömək edir.

 

Saç sağlamlığı və qidalanma
Başda da dediyimiz kimi, sağlam saç üçün atılacaq ilk addım balanslı bir qidalanma proqramı yaratmaq və bu proqrama möhkəm-möhkəm sadiq qalmaqdır. Həftədə ən az 2 gün balıq istehlak edin, təzə tərəvəz və meyvələri mümkün olduqca çox yeyin.
Əvvəlki məqaləXəstəliklərdən qorunmaq üçün bunları yeyin…
Növbəti məqalədəQadınları gündəlik həyatın stresindən qoruyan 3 sadə addım