Vaginanız üçün etməməniz lazım olan 10 şey (Yalnız xanımlar üçün)

Hər qadın genital orqanının sağlamlığı və təmizliyi haqqında az – çox məlumata malikdir. Ancaq bəzən doğru  sandığınız səhvlərlə istəmədən vaginanıza zərər verə bilərsiniz. 

 Vaginal duş
 Qadınların vaginayı təmizləmək adına etdiyi ən böyük səhvlərdən biri vaginanın içini yumaqdır. Bu da vaginanın PH tarazlığını pozaraq infeksiya riskini artırır. Vagina özü- özünü təmizləyən bir quruluşa malikdir. Vaginanın xaricini yalnız ilıq su ilə yumaq kifayətdir. 
Sabun
 Vaginanı sabunla təmizləmək vaginanın təbii quruluşunu və PH tarazlığını pozur. Göbələk, qaşıntı, infeksiya kimi mənfi bir sıra nəticələr doğurur.  Su ilə yalnız vulvanı təmizləmək kifayətdir. 
Sintetik alt paltarlar
 Sintetik paltarlar genital bölgənin hava almasına mane olur və infeksiya riskini artırır. Bu səbəblə alt paltar seçkinizdə çox diqqətli olun və  100 % pambıq  parçaları seçin. 
Bədəni sıxan dar paltarlar
 Dar paltarlar sidik yolu iltihabına gətirib  çıxarır. Bundan başqa  vaginal bölgədə tahriş, iltihab və infeksiya kimi bir çox mənfi təsirə malikdir.
Camaşır suyu
 Genital bölgədəki qaralmanı yox etmək  üçün  edilən səhv üsullardan biri olan camaşır suyu və karbonatlı suyla ağartma əməliyyatı həddindən artıq həssas olan bu bölgə üçün çox zərərlidir. Tampon
 Çətin anlarınızda köməkçi ola bilər, amma tampon istifadəsi vaginanız üçün çox sağlam bir şeçim deyil. Tamponlar zərərli orqanizmlərin törəməsini önləmək üçün dezinfeksiyaedici maddalərə malikdir. Bu da vaginada tahriş və infeksiya meydana gəlməsinə səbəb ola bilir. 
Vaginal təmizlik vasitələri
Gözəl iy versin deyə istifadə edilən vagina spreyi, losyon, krem, bitki mənşəli yağ və  ya  cövhərlər əsla istifadə etməyin. Bunlar pis qoxunu aradan qaldırmaz, yalnız keçici bir müddətə  gizlədər. Bu tərz məhsullar vaginal infeksiyaları qaçınılmaz edir.
 Ətirli bezlər
 Adət dövründə istifadə edilən bezlərin ətirli olanlarını seçməyin. İstifadə edilən bu deodorantlar vaginal infeksiyalardan başqa bir  daha pis qoxulara səbəb olur.
 Gündəlik bezlər 
Bezlər vaginanın nəfəs almasına mane olur. O səbəbdən  adət dövrlərindən başqa günlərdə  bez istifadə etməni seçməyin. Həm də  bezlərin  tez  dəyişdirilməməsi də infeksiya riskini artırır. 
Alt paltar ilə yatmaq
 Alt paltar genital bölgənin nəfəs almasını maneə törətdiyi üçün gecə yatarkən alt paltarsız yatmanızda fayda var.
Əvvəlki məqaləQışda yeyilməsi lazım olan tərəvəzlər
Növbəti məqalədəQadınlar üçün sakitləşdirici çaylar