Mütəxəssislər iddia edirlər ki, fizioloji amillər – yaş dəyişiklikləri, əsəb yüklənmələri, vitaminlərin orqanizmdə çatışmazlığı, menstruasiya qabağı sindrom və başqa neqativ anlar qadınların əhval-ruhiyyəsinə təsir edir.
Qadınlara xas olan bu problemləri həll etməyə otlar kömək edəcək.
Moruqdan ot çayları gözəlliyi və cavanlığı saxlamağa kömək edir, qadın sağlamlığını, əhval-ruhiyyəsini artırır, zəhərli maddələri orqanizdən xaric edir, qanda hormonların və şəkərin səviyyəsini nizama salmaq qabiliyyətinə malikdir.
Manjetdən çay:
Manjetin 1 xörək qaşığı doğranmış otunu qaynar su olan stəkana tökün və saxlayın, soyuyandan sonra süzün. Klimaks nevrozu, başgicəllənmələr, qabarmalar, ağrılı aybaşılar zamanı məhdudiyyətsiz olaraq belə çayı içmək məsləhətdir. Otu termosda dəmləmək daha yaxşıdır.
Moruq yarpaqlarından çay:
Moruğun qurudulmuş və xırdalanmış yarpaqlarını (1 çay qaşığı) qaynar su stəkanına töküb 20 dəqiqə saxlayın . Çayı giləmeyvələrlə və ya balla içmək olar.
Depressiyaya qarşı çay:
Bu çay tez-tez pis əhval-ruhiyyəyə malik olan yaşlı xanımlar üçün effektivdir. Çay əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir və depressiyandan çıxarır. Çayın hazırlanması üçün bərabər hissələrdə götürülmüş çobanyastığı, yemişan və dazı otunun gülləri lazım olacaq. Məhlulun bir çay qaşığını qaynar su olan stəkana tökün, 20 dəqiqə saxlayın və süzün. Çayı çox yavaş-yavaş, kiçik qurtumlarla içmək lazımdır.
Gənc yaşda olan qızlar üçün çay:
Lazım olacaq: zəncirotunun kökü, mellisa və kar gicitkən
Azca qızardılmış kökü kofe üyüdəndə üyütmək, otları isə doğramaq lazımdır. Bir çay qaşığı ot yığımını qaynar su olan stəkana töküb, 2– 3 saat saxlamaq lazımdır. Gündə bir neçə fincan qəbul etmək məsləhətdir, ən vacibi – gecələr. Nevrozları müalicə edir, tez qıcıqlanma, iştahanın itməsini, məktəbdə və evdə münaqişələr vaxtı faydalıdır. Kursun müddəti 3 həftədən az olmamalıdır.
Əvvəlki məqaləVaginanız üçün etməməniz lazım olan 10 şey (Yalnız xanımlar üçün)
Növbəti məqalədəGözlərinizin sağlamlığını Blokas-la qoruyun