Uşaqlıq boynu şişlərindən necə qorunmalı?!

Uşaqlıq boynu xərçəngi qadınların cavan yaşda tutula biləcəyi en ciddi xəstəliklərdən biridir. Təəssüflər olsun ki, bu xəstəlik uzun müddət simptomsuz inkişaf etdiyi üçün aşkar olunduğu zaman tam müalicəsi mümkün olmur. Bəs nə etmək lazımdır ki, vaxtında diaqnoz qoyula bilsin və xəstəliyin qarşısı alınsın.
İlk növbədə bilmək lazımdır ki, şiş birdən birə əmələ gəlmir və ilk öncə şiş önü patologiyalar inkişaf edir. Sonradan bu proses bədxassəli gediş alır və xərçəngə çevrilir. Məhz bu periodda şiş önü vəziyyət aşkarlanıb düzgün müalıcə olunarsa artıq qadın özünü sığortalamış olur.
Artıq dəqiq sübut olunmuşdur ki, UBX virus yoluxması ilə əmələ gəlir. Bu virus cinsi yolla yoluxur və onkogen tip inkişaf edərsə bədxassəli şişə çevrilir. Bəzən bu hal özünü heç bir əlamətlə göstərmir qadın bundan xəbərsiz olduğu üçün həkimə müraciət etmir. Ona görə ilk məsləhətimiz odur ki, hər bir qadın heç bir şikayət olmasa belə ginekoloqun müayinəsindən periodik olaraq heç olmazsa ildə 1-2 dəfə keçməlidir.
Müayinə zamanı uşaqlıq boynundan PAP Smear testi üçün yaxma götürülməlidir. Məhz bu müayinənin nəticəsində uşaqlıq boynunda atipik yəni xərçəng önü hüceyrələrin varlığı araşdırılir. Ehtiyac olarsa müayinə kolposkopiya yəni uşaqlıq boynunun selikli qişasının mikroskop altinda geniş müayinəsi aparılır və göstəriş olarsa şübhəli sahələrdən biopsiya götürülüb diaqnoz tam dəqiqləşdirilir.
Vaxtında və düzgün aparılmış müayinələr hər bir qadını bədxassəli xəstəliklərdən qoruya bilmək üçün yeganə vasitədir. Sözsuz ki, əgər qadın özü özünə biganə yanaşmayıb kontrollarıni vaxtinda edərsə bu riskdən özünü qorumuş olur.
Müasir müayinə və müalicə üsullari bizə bu xəstəliyə tam qalib gəlməyə imkan verir, lakin bu o zaman mümkündür ki, xəstəliyi vaxtında aşkarlamış olaq. Bu isə yalnız hər bir qadının özündən asılıdır. Sağlamlığınıza diqqət edin və hər zaman gözəl qalın.
Əvvəlki məqaləQulaqlar ürəkdəki pozulmalardan xəbər verə bilər
Növbəti məqalədəGözqamaşdırıcı gözəllik üçün ən effektiv üsullar