Ayaqlarınızla bağlı bu sirri bilirdiniz?

İsti havanı bəhanə edərək ayaqyalın gəzmək ayaqlar üçün zərərlidir. Bu barədə mütəxəssislər xəbərdarlıq edir. Ayaqyalın yeriməyin ən pis fəsadı ayaqlarda qabarlıq yaratmasıdır. Döyənək kimi də tanınan bu ayaq problemi həm sağlamlıq üçün ciddi təhlükədir, həm də estetik baxımdan diskomfort yaradır. Aile.lent.az döyənək haqqında çoxlarınızın bilmədiyi təhlükəli məqamlarla sizi tanış edir.

 

Döyənək əslində dəridə qıcıqlanma olan bölgəni qoruma məqsədi ilə yaranır. Yəni dəri sürtünmə və ya təzyiq səbəbindən müəyyən bir bölgədə qıcıqlanma hiss etdiyi zaman qalınlaşaraq reaksiya verir. Nəticədə ayaqla xarici mühit arasında hasar meydana gətirərək o bölgəni mühafizə edir. Qısa desək, döyənək dərinin qorunma məqsədi ilə qalınlaşmasıdır. Dəri qalınlaşması əsasən ayaqlarda meydana gəlir. Lakin yalnız ayaqda olmaya da bilər.

 

Çox dar və ya sıx ayaqqabı, sərt materialın meydana gətirdiyi sürtünmə, hətta iki ayaq barmağının bir-birinə etdiyi təzyiq və ya sürtünmə döyənək yaranmasına gətirib çıxaran faktorlardır.

 

Döyənək hasar funksiyasını yerinə yetirsə də, olduğu bölgədə kəskin ağrıya səbəb olur. Döyənəyin yüngül formasında təzyiq ortadan qalxdığı zaman ağrı da itir, lakin dərin və geniş diametrli dəyənək hasarlarında ağrı daha kəskin və narahatedici olur. Ağrıyla birlikdə bölgədə qalınlaşma da yaranır.

 

Möhkəm, ayaq quruluşuna uyğun olmayan, hündür dabanlı ayaqqabılar, yalın ayaq gəzmək, ayaq barmaqlarındakı deformasiyalar, ayağın çox sümüklü olması və düzgün olmayan yeriş, ayağı yerə doğru basmamaq  və s. kimi hərəkətlər döyənək meydana gəlməsinə səbəb olur.

 

Döyənəyi müalicə etməzdən əvvəl onun iltihablı olub-olmamasına diqqət etmək vacibdir. Problemin iltihablı və ya iltihabsız döyənək olduğu müəyyən edildikdən sonra bir çox müalicə forması tətbiq olunur. Əslində qabarların müalicəsi olduqca asandır. Müalicə müddətində mütəxəssis bir həkimə müraciət etmək vacibdir.

 

Döyənəkləri əsla kəsməklə müalicə etmək olmaz. Bu ən asan yol olsa da pis fəsadları ola bilər. Hətta dərinizdə kəsiklər meydana gətirə bilərsiniz. Unutmayın ki, ayaq davamlı olaraq bakteriyaların asanlıqla yarana biləcəyi ilıq və rütubətli bir mühitdir.

Əvvəlki məqaləGünəbaxan tumları insanı cavanlaşdırır
Növbəti məqalədəCinsi istəklərini üz cizgisindən anla