Uşaqlarda yuxu problemi sıx- sıx rast gəlinən problemlərdən biridirr.Bir çox uşaqlar gecənin bir vaxtında yataqlarından duraraq aglamaga başlayır və valideynlərinin yatagına gəlirlər.

Uşaqlarda yuxu problemi

 

Bu zaman valideynlər bu halların gedişinə nəzarət etməlidirlər.Əgər bu hal hər gün baş verirsə deməli uşaqda ciddi yuxu problemi var .Yuxusuzlugun səbəbləri uşaqların yaş dövrünə görə müəyyən edilir.

Yuxusuzlugun 7 səbəbi:

  • Sabit məkananalar uşaqlarının yatagını tez-tez dəyişirsə və ya harda gəldi yatızdırırsa bu da yuxusuzlugun bir səbəbi ola bilər.Davamlı olaraq körpəni öz yatagında yatırtmaq lazımdır.
  • Ananın qeyri-kafiliyi və ya yoxlugu-ruhi problemlər yaşayan analar uşagın tərbiyələndirməkdə daha çox əziyyət çəkirlər.Belə analar uşaqların qarşısında daha səbirsiz olur və danışa bilməyən uşagın verdiyi mesajları ala bilmirlər.Bu da uşaga düzgün qulluga mane olur.Belə olduqda çarəni başqa ailə üzvlərinə və ya dayələrə həvalə edirlər.Bu isə uşaqlarda böyük ruhi problem yaradır.
  • Uşaqlarda yuxu problemi

     

  • Nizamsızlıqəgər uşagın körpəliyindən tarazlaşdırılmış və sabit bir yuxu rejimi yoxdursa sonrakı yaş dövrlərində bu yuxusuzluq kimi ortaya çıxır.
  • Kabus görmələruşaqlar gecələr kabus görərək yuxudan oyanır və bu halın təkrarlanmasından qorxaraq yenidən  yata bilmirlər.
  • Aglayaraq yuxudan oyanma-kabuslardan fərqli olaraq uşaqlar hec bir şey xatırlamır .5-12 yaş arası uşaqlarda olur.
  • Yuxuda gəzmələr(somnambülizm)-bu daha dərin yuxuya dalmış vaxt baş verir.Uşaqlar yuxulu olaraq yataqda oturur və çox vaxt gəzirlər
  • Saglamlıq problemləribir çox xəstəliklər zamanı qəbul olunan dərmanların təsiri nəticəsində uşaqlarda yuxu pozulur

    Uşaqlarda yuxu problemi

     

     

Əvvəlki məqaləQadınlarda İrsi xəstəliklər
Növbəti məqalədəSaçlarımız haqqında doğru bilinən səhvlər