Saçlarımız haqqında doğru bilinən səhvlər

Saçlar niyə tökülür?

 Hər saç tökülməsi əslində bir itki deyil,çünki saçın bir ömrü vardır və hər gün müəyyən qədər saç tökülməsi normaldır. Burada əhəmiyyətli olan nöqtə saç itkisinin səbəbidir. Hormonal nizamsızlıq, qansızlıq, tiroit funksiyalarının sağlam işləməməsi, yaşanan sıx stress, diyetdə itirilən sürətli kilolar saç tökülməsini də özü ilə gətirər. Gündəlik saç itkisi 300-400 telə qədər çıxa bilər. Saç dərisi sağlam və ümumi sağlamlıq mənasında hər bir şərt doğrudursa tökülən saçlar təkrar geri gələcəkdir.

Saçla əlaqədar doğru bilinən səhvlər.

Saç tez-tez yuyulsa tökülərmi?

Saç yumaqla tökülməz.Saç yuyularkən yalnız tökülmə mərhələsinə 2-3 ay əvvəl gəlmiş olan saçlar atılar.

 

Saç hər gün yuyulmalıdırmı?

Əgər saç dərisi yağlıdırsa saçı hər gün yumaq lazımdır.Saç dərisinin sağlam işlməsinə dəstək olmaq üçün dəridə yığılan yağ, kəpək, bakteriya, gündəlik toksin, duzun təmizlənilməsi lazımdır.

Jele və saç spreyləri saçı tökərmi?

Bunlar saçı tökməzlər çünki yalnız saçın səthində qalan şəkilləndiricilərdir. İki-üç gün saçda jeleylə gəzmək təbii ki,doğru deyil.

 

Saç boyaları saç üçün zərərlidirmi?

Boya əməliyyatları saçda kimyəvi bir köhnəlmə yaradar. Saç telində, saçın üst quruluşunda qırılma ola bilər. Amma boya saç dərisinin səthində qalan bir məhsul olduğu üçün dəri altına enib, saç kökünü zəiflədə bilməz və saçın incəlməsinə, kökdən etibarən tökülməsinə səbəb ola bilməz.

 

Sarımsaq saç üçün faydalıdırmı?

Antiseptik olan sarımsağın dəri altına enmə xüsusiyyəti və ya saç dərisində hər hansı bir şəkildə yaxşılaşdırıcı təsiri yoxdur. Antiseptiktir amma saçı müalicə edici bir təsirə sahib deyil.

 

Şampun və saç kremi istifadə etmək saça zərərlidirmi?

Saçın səthinin və saç tellərinin təmizlənməsi üçün qətiliklə şampun istifadə edilməsi lazımdır. Kimyəvi əməliyyat edən qadınlar saç ucları üçün mütləq saç kremi istifadə etməli və saçın xarici təbəqəsini qorumalıdır.

 

Kəpək saçı tökərmi?

Zaman içərisində dəri üzərində yığılan tullantı maddələr və kəpək saç dərisinin məsamələrini tıxayıb, saçın sağlam işləməsini poza bilər və axsada bilər.Bu səbəblə kəpək saç dərisində meydana gəlirsə təmizlənilməsi və dərinin sağlam işlək hala gətirilməsi lazımdır.

Saç üçün doğru məhsul necə seçilər?

Saç tökülmə səbəbini tam olaraq bilməyən bir adam doğru məhsulu seçib istifadə edə bilməz. Təsadüfi bir məhsulun yaxşı olmaq şansı çox aşağıdır. Tək bir məhsul hər kəsin problemini həll edə bilməz. Hər kəsin saç tökülmə problemi də fərqlidir. Əlbəttə bazarda yaxşı məhsullar vardır. Amma bu məhsulların adama yaxşı gəlib gəlməyəcəyi adamın birbaşa saç tökülməsi səbəbinə bağlıdır. Ona görə qətiliklə bir məhsul istifadə etmədən əvvəl mütəxəssislə məsləhətləşməkdə fayda vardır. Xüsusilə saç mövzusunda mütəxəssisləşmiş bir həkimdən kömək almaq lazımdır.

 

Saç nə qədər zamanda yaxşılaşar?

Ortalama 3-6 aylıq müddətdə saçdakı inkişaflar müşahidə edilə bilər. Burada əsas şərt tətbiqlərin nizamlı, intizamlı və zamanında edilməsidir.

 

Bəs sağlam saç üçün təkliflər hansılardır?

Saçın təmiz saxlanılması çox əhəmiyyətlidir. Tez-tez fenləmək, çox sıx boya etdirmək doğru deyil. Çünki bunlar saçı köhnəldən əməliyyatlardır. Saç hər vaxt adamın görünüşü üçün çox əhəmiyyətli bir aksesuardır. Bu səbəblə saça çox yaxşı baxmaq lazımdır.Uzun müddət saç olmayan bir sahədən saç bir daha çıxmaz. Saçda bir problem hiss edildiyində zaman itirmədən bir mütəxəssislə məsləhətləşmək və professional dəstək almaq, edilməsi lazım olan tətbiqlər varsa bunlara əvvəl başlamaq çox əhəmiyyətlidir.

Əvvəlki məqaləUşaqlarda yuxu problemi
Növbəti məqalədəAllergiyalı uşaqların qidalandırılması