Uşaqlarda sidik qaçırma probleminin müalicəsi ictimai baxımdan da əhəmiyyətli bir narahatlıqdır. Sidik qaçırma probleminə laqeyd yanaşıldıqda uşaqlarda həyat keyfiyyətinin pozulmasına və özünə inam probleminə yol aça biləcəyinə diqqət çəkilməlidir.

Uşaqlıq dövründə altını islatma tez-tez qarşılaşılan bir vəziyyət olsa da bu vəziyyət özünü yalnız gecə sidik qaçırma və ya həm gecə həm gündüz sidik qaçırma şəklində göstərə bilər. Normalda uşaq gecə sidik saxlama idarəsini 4 yaşında təmin edir. Gündüz idarəsi isə daha erkən yaşda təmin edilməkdədir. 5 yaşındakı uşaqların yüzdə 15-i, 15 yaşındakı uşaqların isə yüzdə 1-i gecə sidik qaçırmaqdan əziyyət çəkir. Gecə sidik qaçıran uşaqların hər il yüzdə 15-i özbaşına, heç bir müalicə almadan yaxşılaşa bilir. Ancaq altını islatma problemi bu zaman kəsimində uşaq və ailəsində, ictimai və psixoloji problemlərin ortaya çıxmasına səbəb olur.

Uşaqlıq dövründən başlayan sidik qaçırma problemləri, ailələr tərəfindən çox vaxt laqeyd edildiyini qarşılanır, ancaq bu ciddi xəstəliklərin əlaməti ola bilər. Gündüz və ya gecə sidik qaçırma, böyrək çatmazlığı, hormonal pozuqluqlar, sidik yolu iltihabları, sinir sistemi xəstəlikləri, şəkər xəstəliyi, sidik kisəsi çalışması pozuqluğu kimi xəstəliklərlə birlikdə görülə bilər. Buna görə də laqeyd yanaşılmamalı və səbəbi mütləq araşdırılmalıdır.

Sidik qaçırmada dərman müalicəsinin 8 yaşından böyük uşaqlar üçün düşünülməlidir. Sidik qaçırma problemi olan uşaqlarda qidalanma və maye qəbulu təşkil edilməlidir. Gün ərzində 6-7 dəfə 250 ml maye qəbulu təmin edilməli, axşamlar yatmazdan 2 saat əvvəl maye qəbulu azaldılmalıdır. Axşam yeməyindən sonra çay, qəhvə və qazlı içkilər verilməməlidir. Gündüz 3 saat ara ilə tualetə getməsinə nəzarət edilməli, qəbizlik problemi varsa ona istiqamətli bir müalicə tətbiq olunmalı, yatmazdan əvvəl və yatdıqdan 2 saat sonra oyandırılaraq tualetə aparılmalı, gecə tualetə asan asan gedə bilməsi təmin edilməli, bez bağlamaqdan uzaq durulmalıdır. Gecələri uşağın altının bağlanmaması, uşaq üçün daha faydalı bir tətbiqdir. Çünki bez bağlama uşağın gecə qalxma ehtiyacını ortadan qaldırar və müalicə müddətini mənfi təsir edər.
Əvvəlki məqaləDəmir əskikliyi uşaqlarda zəkanın geriləməsinə səbəb olur!
Növbəti məqalədəSaç problemlərindən necə qurtulmalı?