Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi dəmir əskikliyinin ciddi zəka geriləməsinə və davranış pozğuluğuna gətirib çıxardığını söylədi. 
Tibbdə “Anemiya” olaraq bilinən qansızlığın, yəni qırmızı qan hüceyrələrinin sayının və hemoqlobinin birlikdə və ya ayrı olaraq miqdarının azalması nəticəsində yaranan xəstəliklər barədə aşağıdakı kimi bildirdi: 
 
“Uşaqlarda dəmir əskikliyinin inkişaf etməməsi üçün 6 ay ana südü ilə bəslənmələri və əlavə qidalara zamanında başlanılması lazımdır. Körpəlik dövründə normal kimi görünən bəzi problemlər körpədə dəmir əskikliyinə bağlı qansızlıq probleminin olduğunun xəbərçisi ola bilər. Ailələrin körpə və uşaqlarda sıx görülən dəmir əskikliyi ilə bağlı qansızlığın əlamətlərini yaxşı bilmələri və zamanında həkimə müraciət etmələri olduqca əhəmiyyətlidir. Dəmir əskikliyi olan körpə, narahat, iştahsız, bəzən çox mürgüləyən, bəzən də yuxusuz vəziyyətdədir. Dəmir əskikliyi olan uşaqların böyümə və inkişafı dayana bilər. Hemoqlobini çox aşağı düşsə dəri rəngi də solar. Bu solğunluq ən çox göz qapaqlarının içinə, ağıza, ovuc içlərinə və dırnaq yataqlarına baxılaraq aydın ola bilər. Dəmir əskikliyi olan uşaq qəribə şeylərə qarşı bir iştah duyar. Torpaq, qum, buz yemə kimi vəziyyətlər olar. Dəmir çatışmazlığının, həmçinin, ciddi zəka geriliyinə və davranış pozğunluğuna gətirib çıxardığına dair ədəbiyyatda məlumatlar mövcuddur. Dəmir əskikliyinə erkən diaqnoz qoyulub müalicə edilərsə, bu pozğunluqların böyük bir qisimi düzələ bilər. “
 
Dəmir baxımından zəngin əlavə qidaların verilməsinə zamanında və uyğun başlanılmalıdır: 
 
“Vaxtından tez və azçəkili doğulan körpələrə qoruyucu dəmir preparatları verilməsi lazımdır. Çünki anadan körpəyə dəmir transferi hamiləliyin sonlarında sıxlıq qazandığı üçün bu körpələr dəmir miqdarı az olaraq doğularlar və çox zaman reanimasiyada qalanda tədqiqat üçün körpələrdən çox qan alınmaq məcburiyyətində qalınar. Dəmir çatışmazlığının müalicəsi əksəriyyətlə ağızdan verilən dəmir preparatları ilə həyata keçirilir. Müalicə 3 ay qədər davam edər. İlk 2 ay hemoqlobinin yüksəldilməsi, 3-cü ay isə lazım olan qədər dəmirin verilməsi əsas məqsəd kimi qarşıya qoyular. “

Əvvəlki məqaləArıqlamaq üçün bu qrafikə görə su için və nə ürəyiniz nə istəyir yeyin!-Bu qədər sadə
Növbəti məqalədəUşaqlarda sidik qaçırma ciddi xəstəliklərin göstəricisi ola bilər