Uşaqlarda hansı öskürək Astma xəstəliyinin  əlamətidir?

Mütəxəssislər,
hansı öskürəyi hansı xəstəliyə işarə etdiyini izah edir.

Qış
aylarıyla birlikdə xəstəliklər də yayılmağa başladı. Xüsusilə soyuq havalarda
asanca təsirlənən uşaqlar xəstələnir və davamlı öskürürlər.. Uşaqların
öskürəkləri ümumiyyətlə 1-2 həftədə düzəlir amma bəzilərində 2 həftədən daha
uzun çəkir və ya nəfəs sıxışması görülür. Öskürəyin keçməməsi üzərinə ailələr
uşaqlarının astma, bronxit ya da sətəlcəm xəstəliklərinə tutulduğunu sanaraq
narahatlıq keçirir.

 

Astma
pis bir xəstəlikdirmi?

Ailələr
astma xəstəliyindən çox qorxduqları üçün ümumiyyətlə həkimlər astma sözünü
istifadə etməyə çəkinirlər. Bu səbəblə bronxit, spastik bronxit, allergik
bronxit kimi adlara üstünlük verilir. Əslində bütün adlar eynidir. Bu adlar
astma ilə eyni mənaları daşıyır. Astmadan qorxmamaq lazımdır. İlk edilməsi
lazım olan astma diaqnozunun doğru qoyulmasıdır.

Uşaqlarda hansı öskürək Astma xəstəliyinin  əlamətidir?

 

Öskürən
hər uşaqda astma vardırmı?

Hər
öskürən uşağa astma diaqnozu qoyulması çox səhvdir. Astma diaqnozunun bu
mövzuda mütəxəssis həkimlər tərəfindən qoyulması lazımdır. Astma diaqnozu
uşaqlarda astma mövzusunda da bir mütəxəssislik olan
 “uşaq allergiyası mütəxəssisi” yeni adıyla “uşaq immünolojisi və allergiya xəstəlikləri
mütəxəssisləri” tərəfindən qoyulmalıdır. Diaqnoz doğru qoyulsa ən az müalicə
və ən az dərmanla uşağa zərər vermədən müalicə edilə bilər. Əks halda uşaq
astmaya bənzəyir deyə bir çox gərəksiz dərman verib dərmanlarla orqanizmi
yükləmiş olarıq.

Uşaqlarda hansı öskürək Astma xəstəliyinin  əlamətidir?

Astmanın
əlamətləri nələrdir:

Uşaqdakı
hər qrip çox ağır keçir və xüsusilə 2 həftədən uzun olan öskürək olarsa

-Nəfəs
çatışmaması olursa.

-Çox tez
öskürək olursa

-Xüsusilə
qaçan zaman öskürək, sinədə sıxışma və ya xışıltı olursa

-Səhərə
yaxın öskürəklər olursa

-Yuxuya
getdikdən 1-2 saat sonra öskürək başlayırsa

-Öskürək
səbəbiylə yuxudan ayılırsa.

Bu
saydıqlarım hər hansı bir uşaqda təkrarlanırsa uşaq mütləq astma cəhətdən
araşdırılmalıdır. Xüsusilə də uşağın ana, ata, qardaş və ya yaxın qohumlarında
astma, egzama, allergik soyuqdəymə kimi allergik xəstəliklər varsa astma olma
riski çox yüksəkdir.

 Uşaqlarda hansı öskürək Astma xəstəliyinin  əlamətidir?

Astmalı
uşaqlarda nələrə diqqət etmək lazımdır?

Astmalı
uşaqlara doğru diaqnoz qoyulduqdan sonra müvəffəqiyyətli bir müalicə ilə normal
uşaqlardan heç bir fərqi qalmaz. İdman etmələrində qorxu olmadığı kimi idmanın
faydası da vardır. Yalnız necə idman etmələri və nə cür tədbir almaları lazım
olduğunu bilməlidirlər. Astmalı uşaqları tərləyincə pis olar deyə evlərə
həbs etmemek lazımdır.

Uşaqlarda hansı öskürək Astma xəstəliyinin  əlamətidir?

 

Astmalı
uşaq nələrdən qorunmalıdır?

Allergiyası
olduğu hərşeydən qorunması kifayətdir. Məsələn; ev tozu alanda allergiyası olan
uşaqlar buna istiqamətli tədbirlər görməlidir.. Ayrıca yanlarında siqaret
çəkilməməli, iti qoxulu ətirlər istifadə olunmamalıdır. Evdə buxar maşınlarının
işlədilməsi belə zərərli ola bilər.

Sonda isə bütün
uşaqlarımıza sağlamlıq arzu edirəm.

 

Əvvəlki məqaləSekslə bağlı maraqlı məlumatlar
Növbəti məqalədəKörpəyə döş verilməsi ilə əlaqədar sual və cavablar