Uşaqlar da ümidsizliyə düşə bilər…

“Uşaqlar ümidsizliyə düşməz” deyə fikirləşməyin, uşağın davranışları və insanlarla ünsiyyəti onun xoşbəxt və ya bədbəxt olmağına səbəb olur.
 
İndiki vaxtda zənginlik, müvəffəqiyyət və məşhurluq ən əhəmiyyətli dəyərlər kimi göstərilsə də, əslində insan üçün ən əsas məqsəd hər zaman xoşbəxt olmaqdır. 
 
Uşaqların xoşbəxt olması üçün çox şeyə ehtiyac yoxdur. Ancaq bəzən insan xoşbəxtlik verən şeylərdən uzaqlaşır. Uşaqların xoşbəxtlik ya da bədbəxtliyi bioloji, psixoloji, ekoloji, ictimai və mədəni amillərdən asılıdır.
 
Uşaqlar da ümidsiz olurlar…
 
Bəzi insanlar bir uşağın bədbəxt ola biləcəyinə inanmazlar. Beləcə, uşağa kömək etmək də çətinləşər. Bəzən düşünərik ki, “nə istəsə edirik, yediyi qarşısında yemədiyi arxasında, necə bədbəxt ola bilər ki?” Uşaqlardakı ümidsizlik həyatın ən əhəmiyyətli inkişaf dövründə, yetkinlik yaşında olarsa, uşağın inkişafına mənfi təsir göstərər.
 
Uşağın depressiyada olduğunu necə anlaya bilərik?
 
Uşaqların bədbəxtliyinə çox az hallarda rast gəlinər. Bədbəxtliyə gətirib çıxaran ən əhəmiyyətli səbəb isə ana itkisidir.
 
Maraqlı gözlərlə ətrafa baxma, ətrafdakıları tanımaq, sağlamlıq və xoşbəxtlik bir uşağın ən əhəmiyyətli xüsusiyyətidir. Uşaqlarda bədbəxtliyi göstərən ən əhəmiyyətli əlamət isə ətraf mühitə marağın itməsidir. Çünki xoşbəxt və sağlam bir uşaq davamlı ətrafı ilə maraqlanar, insanların da özüylə maraqlanmasından xoşnud olar. Sevincini gülərək, istəklərini ağlayaraq dilə gətirər.
 
Ümidsiz uşaq ətrafına qarşı üz çevirər, ağlama və ya gülmə kimi reaksiyaları azalar. Ağladığında isə yatırtmaq normal bir uşağa görə çox çətin olar.
 
Bədbəxt bir uşağın digər xüsusiyyəti isə iştahsızlıqdır. Ancaq burada sadə bir iştahsızlıq nəzərdə tutulmur.
 
Bədbəxt uşaqların əhəmiyyətli xüsusiyyətlərindən biri asan əsəbləşmələridir, küsmək və müxtəlif davranış problemləri göstərmələridir. Bədbəxt uşağın içindəki paklıq və coşğu bədbəxtlikdə gizlənmiş kimidir.
 
Halbuki, xoşbəxt bir uşaq çox kiçik bir şeydən belə dərhal sevinir. Bədbəxt uşaqlarsa başqalarının bədbəxtliyinə həssaslıq göstərmək və başqalarının sevinməsi üçün heç bir səy göstərməzlər. Xoşbəxt bir uşaq yaşadığı bir mənfiliyə kədərləndiyində çox tez başa salmaq mümkündür, ümidsiz uşaqda isə tam əksinə.
 
Allah heç bir uşağı təbəssümdən, sevincdən məhrum etməsin!
Əvvəlki məqaləQuru dərilər üçün 5-baxım təklifi
Növbəti məqalədəSarımsağın faydaları