Min bir dərdə dərman sarımsağın ən qiymətli qidalardan olduğunu bilirik.
 Azadqadın.az bu tərəvəzin faydalarını izah edir və  sarımsağı qəbul  etməməsi lazım olan kəslərə xəbərdarlıq edir..
Selenium baxımından zəngin olan sarımsaq, sağlamlıq üçün faydalı  olan bir qidadır. Tərkibi  manqan, B 6, C, B 1 vitaminləri, kalsium, fosfor və mislə zəngindir.
 
Sarımsağın faydaları
Sarımsaq, xolesterolu və təzyiqi salır, ürək və qan damarlarının  sağlamlığını qoruyur, infarkt riskini azaldır, tərkibində  olan ‘‘allogenlər”sayesinde qanın laxtalanmasını önləyir.
Anti bakteriyal xüsusiyyəti sayəsində bakteriya və virusların səbəb olduğu xəstəliklərin yaxşılaşma müddətini sürətləndirər.
Kolon və mədə xərçəngi başda olmaq üzrə bir çox xərçəng növündən qoruyur.
Sarımsaq, orqanizmdə  dəmirin sorulmasını  da artırir.
Mədə qazına yaxşı gələn bu qızıl qida həzmi də asanlaşdırır. Antioksidan xüsusiyyətə malikdir.
Bahar aylarında ortaya çıxan soyuqdəymədən qorunmaq, ya da xilas olmaq üçün də sarımsaq olduqca təsirli bir qidadır.
İmmunitet sisteminizi gücləndirir və bədən müqavimətini artırır. 
Soyuqladığınızda sarımsaq yeyərək sağalma  müddətinizi tezləşdirə bilərsiniz.
Kimlərə qəbul  etmək olmaz?
Tək sarımsağın qanı durulducu  təsiri olması səbəbiylə aybaşı  dövründəki qadınlar, əməliyyat keçirəcək kəslər bu qidanı qəbul  etməməlidirlər.
Ayrıca təzyiqi normalda aşağı olan kəslər də bu qidadan uzaq dayanmalıdırlar. Çünki qan təzyiqi onsuz da  aşağısa sarımsaq bunu daha da salaraq onları halsız buraxa bilər və hətta huşunu itirmələrinə belə səbəb ola  bilər. 
Əvvəlki məqaləUşaqlar da ümidsizliyə düşə bilər…
Növbəti məqalədəHamiləlik çətinlikləri haqqıda