Quru dəri problemini mətbəxdəki vəsaitlərlə həll edin.

1. Zeytunyağı


Zeytun yağı çox faydası olan möcüzəvi bir yağdır və xüsusilə quru dərilərdə çox gözəl nəticələr verir. Satışda olan bir çox nəmləndiricilərdən fərqli olaraq  quru dərilərdə zeytun yağı istifadə edərkən dərinin qırışmasına, köhnəlməsinə səbəb ola biləcək bir çox kimyəvi maddələrdən  uzaq qalmış olarsınız.

Doğru istifadə  üçün bir miqdar pambığı zeytun yağının içində bir neçə dəqiqə saxlayın. Daha sonra üzün  quru olan hissəsinə pambığı yerləşdirib bir neçə dəqiqə saxlayın  və sonra  ilıq su ilə yuyun. 
 
2. Zeytun yağı limon və duz Peeling

Bu üsul zeytun yağını üzün dərisinə birbaşa olaraq tətbiq etməkdən  qaçınanlar üçün gözəl bir alternativ olacaq. 1 limonun suyunu 5 yemək qaşığı dəniz duzu və 1 yemək qaşığı zeytun yağı ilə qarışdırın və əllərinizi bu qarışıqla masaj edərək, ilıq su ilə durulayın. Bu qarışıq əllərinizin yumşaq olmasını təmin edəcək.
 
3. Bal

Bal birbaşa olaraq dərinin problemli bölgəsinə tətbiq oluna bilər. Dərini dərindən nəmləndirərək yumşaldır. Yumşaq hərəkətlərlə problemli bölgəyə ( əl, üz qıçlar ola bilər) masaj edin. 2-3 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulanın. 
 
4. Hind qozu yağı
Hind qozu yağı dərini nəmləndirən  digər bir möcüzəvi yağdır. Hind qozunun birbaşa olaraq dəriyə təsiri kimi duş suyuna da qarışdıraraq istifadə edə bilərsiniz.
 
5. Aloe Suyu

Aloe bitkisinin həm dəriyə, həm də bir çox sağlamlıq problemində daxili  orqanlara faydası artıq bilinir. Aloe şirəsi birbaşa olaraq bitkinin yarpağının qırılması və içindəki mayenin çıxarılmasıyla əldə edilir . Bu mayeni birbaşa olaraq quru bölgələrə tətbiq edə bilərsiniz. Konsistensiyası bir az yapışıq olduğundan 5-10 dəqiqə sonra nəmli bir pambıqla silə bilərsiniz.
Əvvəlki məqaləQəhvə göz sağlamlığını qoruyur
Növbəti məqalədəUşaqlar da ümidsizliyə düşə bilər…