Uşaq və oyuncaqlar

analıq məktəbiOyuncaqların uşağın zəkasının formalaşmasında və inkişafındakı rolu danılmazdır. Buna görə də oyuncaqların seçimində onun yaşa uyğun olmasına diqqət yetirmək zəruridir.
Mütəxəsislər  oğlan və ya qız oyuncağı kimi bir ayrı-seçkiliyin edilməməsi lazım olduğunu vurğulayaraq, çünki uşaqların hər oyunu, oyuncağı araşdırmaq istəyə biləcəklərini söylədilər.
2-7 yaş arası uşaqlarda simvolik oyunlar başlayır, bunlar sanki əzəli-əbədi oynanan oyunlardır. Evcilik oyunu, bir fincandan çay içirmiş kimi, yeyirmiş kimi hərəkətlər  edilməsi, bir çubuğun qılınc kimi xəyal edilməsi bu dövrün başlıca oyunlarıdır.
 7-8 yaş sonrası nizamlı oyunlar başlayır, oyunun xarakterində ictimailəşmə burada diqqətə çarpmağa  başlayır.  Uşaq, qaydalara uyğun gəlməyi, gözləməyi, paylaşmağı, mübarizə etməyi, risk etməyi, yəni o birilərlə ictimai mənada əlaqə yaratmağı  sınayır.  Bunlar eyni zamanda mədəni təcrübələrdən qaynaqlanır. Oyun  iqlimdən, cinsiyyətdən, mədəniyyətdən və yaşanılan çağdan təsirlənərək yaranır.
 0-3 yaş arası dövrdə uşağın oyuncaqlarını valideynlər seçər. 3 yaşından etibarən uşaq, maraq duyduğu oyuncağı seçməyə başlayır. Bu yaşdan etibarən uşaqların seçdikləri oyuncaqlara hörmət göstərmək lazımdır. Uşağın oynamaq üçün  seçdiyi oyuncaqlar onların  qabiliyyətləri, maraq sahələri, istəkləri haqqında məlumat verir. Uşağın oyuncaq seçimində iştirak etməsi, onun şəxsi xüsusiyyətlərini, zəka və fiziki xüsusiyyətlərini, maraq  sahələrini təyin edə bilir. 
Uşaq, oynadığı oyuncaqla özünü ifadə edir. Bu səbəblə oğlan və ya qız oyuncağı kimi bir ayrı-seçkilik yerinə uşağın oyuncağıyla necə oynadığı, nələri əks etdirdiyi və nələri ifadə etməyə çalışdığı əhəmiyyətlidir. Xroniki bir şəkildə eyni oyuncaqla davamlı eyni oyunu oynayırsa bu vəziyyət bir problem ola biləcəyinə  işarədir.   Əks halda uşaqlar müxtəlif oyuncaqlara  maraqlıdır və hər oyuncağı  araşdırma fürsəti arayarlar. Bu səbəbdən oyuncaq alarkən  cinsiyyət ayrı-seçkiliyi güdməmək lazımdır. Uşaqlar onsuz da məktəb yaşına çatanda  oyuncaq seçimi  mövzusunda fərqliləşməyə başlayırlar.
 
Əvvəlki məqaləEv işlərini necə asanlaşdırmaq olar?
Növbəti məqalədəƏgər sizə heç bir pəhriz kömək etmirsə..