sağlamlıqBəzi xəstəliklər var ki, gizlin şəkildə inkşaf edir, insan özünü normal, sağlam hiss edir, lakin günlərin bir günü orqanizmi ona sürpriz yaşadır.
Həkim – kardioloq Yelena Salova geniş yayılmış gizlin xəstəliklərin simptomlarını açıqlayıb.
Arterial hipertenziya zamanı insan bu simptomlara əhəmiyyət vermir. Tez-tez baş ağrıları, dərinin qızarması, ürək döyüntülərinin tezləşməsi və.s.
Nəticədə təzyiq 140 / 160 və ya 80 /90 – a olur. Əgər bir insanda bir gündə 8 saatdan çox təzyiq varsa, mütləq həkimə müraciət etməlidir. Artan təzyiq səbəbindən ürəyin divarları qalınlaşır, ölçüsü artır və gələcəkdə ürək çatışmazlığının inkişafına səbəb olur.
Ateroskleroz-damarların tutulması xəstəliyi adətən təsadüfən qanda aşkar olunur. Qanda lipid səviyyəsinin artması deməkdir. Bu zaman mütləq müalicə götürmək lazımdır. Əks halda, lövhələr böyüyəcək və onların sayı da artacaq, nəticədə insult və infarkt riskinin artmasına gətirib çıxardır.
İkinci dərəcəli diabet demək olar ki, özünü uzun illər biruzə vermir. Qan analizi ilə təsadüfən aşkar edilir. Qanda qlukoza səviyyəsinin artması nəticəsində ağır orqan hipoksiyasının inkişaf riski və hətta ağrıya həssaslığın azalması ilə müşahidə olunur.

Əvvəlki məqaləSaçı tökülənlər hormonlarını yoxlatsın
Növbəti məqalədəPəhriz saxlamaq sonsuzluğa səbəb olur