Ev işlərini  necə asanlaşdırmaq olar?

evdar qadın
Məkanın seçimi:
Dərhal hər şeyi etməyə çalışma. Bu sənin üçün çətin olacaq. Evin hansı hissəsindən başlayacağını qərarlaşdır. Əgər əvvəlcədən müəyyən edilmiş plana əsasən hərəkət etsən və bu, mütəmadi hal alarsa, sənin mənzilin həmişə  tam qaydasındadır olacaq. 
 
İşini birləşdir 

 Müasir məişət texnikası bu gün bizim ən yaxşı köməkçımızdir. Paltaryuyan maşına paltarları qoyandan sonra, özün isə ütüləməklə məşğul ol. Nahar bişən zaman, xalçaları tozsoranlamaq olar. Bu heç də çətin deyil – sadəcə əvvəlcədən, “Hansı işi birləşdirərək vaxt qazanmaq olar” deyə, fikirləşmək lazımdır. 
 
Təmizlik ləvazimatlarını qaydaya  sal 

 Vedrə, məişət kimyası, fırça, rezin əlcək, döşəmə taxtası bir yerdə olmalıdır. Çünki təmizliyə başlayan zaman bu ləvazimatların axtarışı ilə məşğul olsanız, dəyərli vaxtınızı itirmiş olarsınız.
 
Faydalı və xoş

 Belə cansıxıcı işləri daha maraqlı etmək üçün bunları etmək olar:
Paltar ütüləyən, qab-qacaq yuyan, əşyaların tozunu aldığınız zaman, musiqi dinləmək, sevimli teleseriala baxmaq və s.etmək olar.
 
Ailə üzvlərinə nizam-intizamı öyrət 

Çalışmaq lazımdırki, ailə üzvləri həmişə evdəki səliqəyə diqqət yetirsinlər. Axı sən təksən… Ailədə ümumi qaydalar tərtib edin: Paltarları, hara gəldi yox, çirkli paltar səbətinə atmalı, ayaqüstü gəzərək yeməməli, ayaqqabı ilə evdə gəzməməli və s…
Bütün bunlara əməl olunarsa, bu sənin həyatını xeyli asanlaşdıracaq.
 
Əvvəlki məqaləSaç rəngini dəyişmək istəyən xanımların nəzərinə
Növbəti məqalədəUşaq və oyuncaqlar