Tox tutan qidalar

Tətbiqi çətin pəhrizlərlə özünüzü yormaqdansa qəbul etdiyiniz qidaları seçin. Gündəlik həyatınıza tətbiq edə biləcəyiniz, qidalanma vərdişi halına gətirəcəyiniz bəzi şeylərə diqqət etsəniz həm çəki itirməyin həm də formanızı qorumanın bir az daha asan olduğunu görə bilərsiniz.Tox tutan bu qidaların bir çoxu eyni zamanda bədəninizin sağlam qalmasını təmin edir.

Tox tutan qidalar

Budur mütəxəssislərdən arıqlamaya qərar verdikdən sonra mətbəxinizdə əskik etməməniz lazım olan qidaların siyahısı …

Yumurta
Tox tutan qidalar

Zülal cəhətdən zəngin olan yumurta,həm zülal ehtiyacınızı qarşılayacaq, həm də sizi tox tutacaq.

Qatıq
Tox tutan qidalar

Tərkibində olan zülallar iştahı üstələməyə köməkçi olar.Bundan əlavə yüksək kalsium məzmunu ilə də çəki itirməyə köməkçidir. Edilən elmi araşdırmalar qeyri-kafi kalsium istehlakının çəki iitirməyin çətinləşdirdiyini ortaya çıxarmışdır.

Avokado
Tox tutan qidalar

Bir çox pəhriz siyahısında da iştirak edən avakado,B6 vitamini ilə olduqca zəngindir.Sizi tox tutarkən eyni zamanda xərçəngə qarşı da qoruyacaq.

Çovdar çörəyi
Tox tutan qidalar

Pəhriz siyahılarının dərhal hamısında “kəpəkli çörək” yer alsa da, əsl toxluq hissini verən çovdar çörəyidir.

Pendir
Tox tutan qidalar

Həm zülal,həm də kalsium baxımından zəngin olan pendirdən gün ərzində acdıqca rahatlıqla yeyə bilərsiz .

Böyürtkən
Tox tutan qidalar

Acdığınızda bir kasa qatıq ilə qarışdırıb yeyə biləcəyiniz böyürtkənin verdiyi toxluq hissi ilə yanaşı, ehtiva etdiyi antioksidanlar sayəsində bədəninizin zərərli toksinlərdən təmizləmənməsinə köməkçi olacaq.

Sardina balığı
Tox tutan qidalar

Həm zülal anbarıdır,həm də qan şəkərinizi normada saxlayaraq toxluq hissinizi təmin edər.

Darçın
Tox tutan qidalar

Qan şəkərini normada saxlayaraq iştahı azaldır.Üzərində edilən araşdırmalar nəticəsində darçının xüsusilə şəkər xəstələrində, qan şəkərinin tarazlayıcı bir təsiri olduğu bilinməkdədir. Şəkər xəstəsiysəniz və pəhriz saxlayırsınızsa,həm daha uzun müddət tox hiss etmək,həm də qan şəkərini tarazlamağa kömək olmaq adına gündə yarım çay qaşığı qədər darçın ilə menyularınızı bəzəməyi təcrübə edə bilərsiniz.

Alma
Tox tutan qidalar

Aşağı kalorili bir meyvə olan alma,sizi tox tutacaq sağlam bir meyvədir.

Tərəvəz şorbası
Tox tutan qidalar

Kremli etmədiyiniz müddətcə,yeməklərinizə qoya biləcəyiniz və ya acdığınızda ara pay olaraq istehlak edə biləcəyiniz faydalı bir qidadır.

Badam
Tox tutan qidalar

Hər gün nizamlı olaraq yeyilən bir ovuc badam,piylənmə ilə mübarizədə təsirli bir qidadır.

Banan
Tox tutan qidalar

Sağlam və ləzzətli bir meyvə olan banan, həm şəkər həm də yağ məzmunu ilə toxluq hissi verər.

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Fotolar və redaktə mənə məxsusdur: Gunewim

Əvvəlki məqaləPayızda dəriyə necə qulluq etməli? (Kosmetoloq məsləhəti)
Növbəti məqalədəSaç, dəri və dırnaq sağlamlığı üçün nə yeyilməlidir?