Təzə sıxılmış meyvə sularının faydaları

Xəstəliklərdən qorunmaq üçün təzə sıxılmış meyvə suyu üçün.
 
Təzə sıxılmış meyvə sularının faydaları 
 
Təzə
sıxılmış meyvə sularının konsentrasiya olunmuş meyvə sularından çox daha
faydalı olduğunu hamımız bilirik. Konsentrasiya olunmuş meyvə suları
vitamini olmayan şəkərli sulardır. Qış aylarında xəstəliklərdən qorunmaq
üçün vitamini bol olan qidaları qəbul etmək lazımlıdır.
 
 
Portağal
şirəsi
Portağal
suyunun faydaları saymaqla bitməz. Portağalın meyvəsi və suyu qış
aylarının imtina edilməzdir. İçərisindəki C vitamini sayəsində bizləri
soyuqdəymədən qoruyar. Bu tərz sıxılmış meyvə suları təzə olaraq qəbul
edilməlidir. Portağal C vitaminilə yanaşı B vitamini, kalium, kalsium,
maqnezium da ehtiva edir. Liflər, orqanik turşular və şəkər baxımından
da zəngindir. Edilən bir araşdırmaya görə portağal suyunun içərisindəki
kalium və maqnezium infarktından qoruyur.
 
Kök
şirəsi
İçərisindəki
A vitamini gözlərə çox faydalıdır, eyni zamanda immunitet sistemini də
gücləndirir və təbii bir antioksidandır. Müalicəedici xüsusiyyətləri
çoxdur, digər tərəvəzlərin suyu ilə  uyğunlaşması baxımından böyük bir
sağlamlıq anbarıdır. Kök şirəsi orqanizmə daxil olduqda, birbaşa olaraq A
vitamininə çevrilir. Bu da bizim gözlərimizə, immunitet sistemimizə,
sümüklərimizə və dişlərimizə böyük ölçüdə güc qazandırır. Xərçəngə
gətirib çıxaracaq  bir çox zərərli maddənin bədənimizdən atılmasını
asanlaşdırar və yaşlanmağı gecikdirər. Mütəxəssislər xüsusilə hamilə
qadınların kök suyu içməsini tövsiyə edirlər. Əgər kök sununu tək başına
içmək istəməsəniz alma suyu ilə qarışdıraraq içə bilərsiniz, bu çox
ləzzətlidir.

 

 Nar
şirəsi
Bazardan
aldım 1 dənə evə gəldim 1000 dənə! wink Rəngi ​​və kiçik dənələriylə
böyük və kiçiklərin sevdiyi çox faydalı bir meyvədir. Latınca adı
“Punica Granatum” olan nar, təbii bir dərman olaraq təyin olunmaqdadır.
İmmunitet sistemini gücləndirir. Infeksiyalara qarşı bədənin müqavimətli
olmasını təmin edir. Xolesterol salıcı və tənzimləyici təsiri ilə ürək
dostudur. Nar suyunu sıxmaq çətin kimi görünsə də artıq çox praktik nar
sıxma və ya dənələrini ayırma aparatları vardır, bunlardan təmin edə
bilər və ya təzə sıxılmış meyvə suları satan markətdən  faydalana
bilərsiniz.
 
Alma
şirəsi
Tox tutma
xüsusiyyəti ilə bilinən alma diyeta saxlayan kəslərin imtina edilməz
meyvəsidir. Almanın suyu və özü olduqca faydalıdır. Dadının çox ləzzətli
olmasından əlavə dəri üçün də çox faydalıdır. Alma suyunda bol miqdarda
C və E vitamini var. Bundan əlavə alma suyundakı antioksidant
maddələrin dəri sağlamlığına böyük qatqısı vardır. Yaşıl və qırmızı
almanı yeməkdən ya da suyunu içməkdən qorxmayın. Kafi vitamin və
minerallardan faydalanmaq üçün gündə 1 stəkan içmək kafi olacaq.
 
Pomidor
şirəsi
Pomidorun
faydalarını hamımız bilirik bəs pomidorun suyu?! Pomidor tam bir
sağlamlıq anbarıdır. Oynaq ağrılarınızdan tutmuş, mədə ağrısı, yanması
və qripə qədər hər cür xəstəliyin təbii dərmanıdır. Bol miqdarda C və E
vitamini qəbul etməkdədir. Qan təzyiqini azaldır, bədənin su tutmasına
maneə törədər və bağırsaqların düzgün bir şəkildə işləməsini təmin edər.
Nişastalı yeməklərdən sonra pomidor suyu içmək həzmi asanlaşdırır,
xüsusilə dəriyə təravət və sağlam rəng verər.
 
 
Qreypfrut şirəsi
Portağala bənzəyən
və sitrus bitkiləridən olan qreypfrut, faydaları baxımından dərman
kimidir. Kalori və yağ yandırmadan maddələr mübadiləsini tezləşdirməkdə
olduqca təsirlidir. İngilislər səhər yeməklərində qrepfrutu ortadan
ikiyə bölüb üzərinə toz şəkər səpib qaşıqla yeyirlər. Diş əti
qanamalarında da olduqca təsirlidir. Nikotinin bədəndən atılmasını və
siqaret çəkmə istəyini azaldır. Dərmanların təsirlərini artırma
xüsusiyyəti mövcuddur. Faydalarının yanında bəzi hallarda zərəri də ola
bilər. Bu səbəblə diqqətli qəbul edilməsində fayda vardır. Qəti olaraq
dərmanlarla birlikdə qəbul edilməməsi lazım olduğunu ifadə etməliyik, bu
zəhərlənmələrə yol aça bilər. Təzyiq salıcı xüsusiyyəti vardır. Gündə
ən çox bir stəkan qreyfurt şirəsi lazımlı vitaminləri almağınızı təmin
edəcək.
Ananas Suyu
İçərisindəki B
vitamini səbəbi ilə dərinin və saçların gözəlləşməsini təmin edir. Son
zamanlarda diyeta saxlayan kəslər ananas yeməyin ya da suyunu içməyin
arıqlamada təsiri olduğunu bildirirlər. Mədə və bağırsaqları təmizləmə
xüsusiyyəti vardır. Ananas alarkən üzərindəki yarpaqların yaşıl və təzə
olmasına diqqət yetirin. Ananasın qan durulducu dərmanlarla birlikdə
istifadə edilməsi tövsiyə edilmir. Suyunu sıxaraq və ya meyvəsini
yeyərək bu meyvədən faydalana bilərsiniz. 
Əvvəlki məqaləOturuşunuza diqqət edin
Növbəti məqalədəYaşıl yarpaqlı tərəvəzlərin faydaları