Dərinin yumşaq və qırışa qarşı dözümlü olması üçün nəmə ehtiyacı var. Ancaq qış mövsümünün bu soyuq günlərində istilətmə sistemlərinin havadakı su və nəmi azaltması ilə dərinin bu nəmi özündə saxlaması çətinləşir. Qış aylarında qızaran, qaşıntı ilə özünü göstərən dəri şikayətlərini çox adam edir. Bunların böyük hissəsi ətraf mühitlə bağlı şikayətlərdir və bəzi sadə tədbirlər nəticəsində hər şey yoluna qoyula bilər. Bir qisimi isə bir dəri xəstəliyinin əlaməti ola bilər. Dəri quruluğu qaşıntıya səbəb olur.

 

Dəri quruluğu bədənin bütün bölgələrində ola bilər. Ancaq, ən çox üzdə, qollarda və qıçlarda görünür. Quruluğun, bədən qaşıntılarının ən əhəmiyyətli səbəb olduğu unudulmamalıdır. Qaşıntıyla bağlı olaraq xüsusilə qıçların alt qisimlərində yaralar meydana gələ bilər. Dəri quruluğu; şəkər, qansızlıq, vitamin əskiklikləri kimi vəziyyətlərdə daha sıx müşahidə edilir.

 

Dəriniz qaşındığında odekolon sürtmənin, spirtli mayelər və əlverişsiz dərman istifadə etmənin xəstələrdə bu maddələrə bağlı olaraq dəri allergiyaları yarana bilər. Bunlardan qətiyyen uzaq olmalı.

 

Dəri quruluğunu yaradan səbəblərdən bəziləri də bunlardır: tez-tez çimmək, bədən təmizliyi üçün duş gellerinin istifadəsi, yuyucular, sintetik alt paltarları, sintetik corablar, yun geyimlər və s.

 

Səhv qidalanma vərdişləri də dəri quruluğuna səbəb ola bilər

Dəri quruluğunda qidalanma vərdişləri də faktor ola bilər. Bol maye dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. Bunun xaricində dəmir, sink, B12 vitamin, biotin kimi bir çox vitamin və mineral çatışmamazlığında dərinin təbii quruluşu pozulduğu üçün dəridə qaşıntı və egzamalar daha çox görünür.

 

Bol maye, meyvə və tərəvəzdən istifadə edin.Fındıq, badam, qoz gündəlik olaraq az miqdarda istifadə edilməlidir.

 

Hər gün yuyunmayın..

Qış aylarında çox yuyunmaq meslehet görülmür. Yuyunmaq ilıq su ilə qısa olmalıdır. Yuyunmaq ərəfəsində məsləhət təbii sabundan istifadə etməkdir. Gellərdən uzaq olun. Çox quru dərilər üçün hamamdan çıxmamışdan əvvəl, yağlı xüsusi balzamların istifadəsi məsləhət görülür. Bədənə istifadə edilən nəmləndiricilər hələ bədən tam qurudulmamışdan sürtülsə daha faydalı olar. Nəmləndiriciniz dəri növünə uyğun olmalıdır.

 

Üzümüz, qış aylarında xarici faktorlara ən çox məruz qalan bədən üzvüdür. Bu səbəblə üzümüzə bir az daha diqqət göstərməliyik. Üz nəmləndiricisi dəri tipinə görə seçilməlidir. Bir çox adam üzündə həssaslıq səbəbi ilə inkişaf edən səpgini quruluq olaraq qiymətləndirib yağlı nəmləndiricilər istifadə edərlər, bununla bağlı olaraq üzün digər bölgələrində qara nöqtə və sızanaqlarda artım müşahidə edilir.

 

Əvvəlki məqaləİntim şəraitdə nəvaziş
Növbəti məqalədəAna Südünün Faydaları