Başqalarına isə, əksinə olaraq, qadının aktivliyi mənfi təsir göstərir. Belə vəziyyət kişinin bütün diqqətini özünün cinsiyyət sisteminə cəmləməsinə gətirib çıxarır ki, bu da bir qayda olaraq ereksiyanın daha da zəifləməsinə səbəb olur. Ereksiya cinsiyyət üzvünün gərginləşməsi, kişinin psixikasını erotik təsir nəticəsində baş verən reflektor, qeyri-iradi bir vəziyyətdir. Yalnız intim şəraitdə, qadının münasibətindən asılı olaraq, ereksiya lazımi dərəcədə baş verir, “Özünə inamsızlıq, çatışmazlıq hissi və şübhə öz təsirini o dəqiqə, ilk növbədə ereksiya vəziyyətində göstərir. Nigahıın gələcəyi, ailəni, uşaqlan itirmək qorxusu da belə vəziyyətin əmələ gəlməsinə səbəb ola bilər. Demək olar ki, cinsi əlaqə kişiyə nə qədər “çox lazım” olursa, uqursuzluq qorxusu da bir o qədər kəskin olur və onun diqqəti də cinsiyyət üzvünün ereksiyasına bir o qədər çox cəmləşmiş olur.
Bəzən cinsi əlaqəyə başlamaq anında normal vəziyyətdə olan ereksiya birdən-birə zəifləyir. Belə vəziyyət cinsi əlaqədə uğursuzluğun dərk olunmayan, insan şüurunda həkk olunmuş qorxusunun nəticəsində yaranır. Belə qorxu Cinsi əlaqə aktının başlanmasının lazım gəldiyi vaxt öz-özünə meydana çıxır. həkimlər bu vəziyyətdə ər-arvada cinsi əlaqə aktını bir neçə müddət qadağan edirlər. Amma bu heç də ər-arvadın ayrı-ayrı otaqlarda yatması demək deyildir. Bu müddətdə onlar birgə həyatda öz ilk addımlarını, hətta nikahdan əvvəlki münasibətlərini bərpa etməlidirlər.
Qadının seksual duyğu və istəyində ereksiyanın əhəmiyyətinin kişinin özü tərəfindən şişirdilməsi bir sıra tipik səhvlərə səbəb olur. Bəzi kişilər öz kişilik sifətlərini, əsasən, cinsi həyat keçirməkdə görür və bunu ailənin rifahında əsas məsələ hesab edirlər. Eqoizm, başqalarının hissləri ilə hesablaşmamaq, öz hisslərini və istəklərini ön plana çəkmək gec-tez aralarında soyuq münasibətin əmələ gəlməsinə və nəticədə ailədə ümumi və seksual uyğunluq əvəzinə kənarda seksual əlaqələrin yayılmasına səbəb olur.
Ailə qurulandan sonra zaman getdikcə cinsi əlaqənin ritmi azalır.
Buna yaşdan əlavə başqa amillər də təsir göstərir: uzun müddət davam edən ünsiyyət hissləri kütləşdirir, nüfuz məsələsi əvvəlki əhəmiyyətini itirir, cinsi əlaqədə miqdara yox, keyfiyyətə fikir verilir. Bu dövrdə cinsi əlaqələr daha ritmik, qaydaya salınmış və turizm xarakterli olur.Cinsi həyatın ritm problemi fiziki imkanların psixoloji anlayışa nisbətən daha sürətlə azalması dövründə kəskinləşir. Cinsi konstitusiyası öz həmyaşıllarına nisbətən zəif olan hətta çox gənc yaşlılar özü narazılıqlarını xüsusilə bildirirlər. Belələri və onların arvadları kişinin cinsi həyatının normallaşması üçün həkimlərdən təcili və təsirli müalicə tələb edirlər.
Bəzən ailənin xoşbəxtliyinin, cinsi əlaqənin sayında görülməsi fikri yaranır. Axı bir-birini sevən şəxsin intim ünsiyyəti öz imkanlarına görə yalnız cinsi əlaqə aktından daha geniş və daha zəngindir. Yadda saxlamaq lazımdır ki, cinsi əlaqə imkanları bütün kişilərdə standart şəklində olmur. Çox aktiv cinsi əlaqə imkanları olan şəxslərin belə imkanları olmayanlara verdikləri məsləhətlər çox vaxt pis nəticələr verir.