Ana Südünün Faydaları

Körpənin ana südünü əmməsinin əhəmiyyəti, elmi və ilahi hikməti bu gün üzə çıxmaqdadır. Ana südündəki mineral və mikroelement konsentrasiyaları (miqdarları) körpənin ehtiyaclarını qarşılayacaq miqdarda tənzimlənməkdədir. Ananın sinəsindəki süd istehsal edən hüceyrələrdə mineral konsentrasiyasını körpənin inkişafına uyğun tənzimlənən xüsusi sistemlərin olduğu təxmin edilməkdədir. Çünki ananın qidalanma tərzi dəyişsə belə, süddəki mineralların konsentrasiyası dəyişir. Ana çox zəif olsa və pis qidalansa belə, südün qida tərkibi və keyfiyyəti bundan təsirlənmir. Bəzi vəziyyətlərdə sadəcə südün miqdarında azalma müşahidə olunur.

Düzgün pozitivist bir məntiq irəli sürüldükdə, ananın yediyi və içdiyi şeylərin südün tərkibinə təsir etməsi gözlənilirdi.
Son illərə qədər ananın yemə və içmə vərdişlərin südün tərkibini tənzim etdiyi yəqin edilirdi. Dolayısı ilə ananın sağlam və müvazinətli qidalanmasının, südün keyfiyyətini artıracağı qəbul edilirdi. Ancaq dünyanın müxtəlif yerlərində aparılan tədqiqatlar, bunun minerallar və mikroelementlər üçün doğru olmadığını ortaya çıxarıb. Bu çalışmalarda ana südünün tərkibinin, ananın qan zərdabındakı və vücud depolarındakı mineral və mikroelement konsentrasiyalarından asılı olmadan tənzimlənməkdə olduğu ortaya çıxarıldı. Belə olmasaydı, yoxsul və varlı anaların uşaqları arasında fərq qoyulardı. Halbuki, Mərhəməti Sonsuz Yaradıcı məsum və aciz balalara belə bir haqsızlıq etməzdi. Və həqiqətən də elmi tədqiqatlar da bunu xüsusilə təsdiqləyir. 


 İlahi qüvvənin məsum və aciz balalara qarşı bir möcüzəsi olan ana südünün bir çox maraqlı və heyrətamiz tərəfini ortaya çıxaran tədqiqatlar artdıqca, inananların imanı da artmaqdadır. Bu son tədqiqat aparılmadan əvvəl bəzi insanlar “yaxşı qidalana bilməyən kasıb anaların balalarına haqsızlıq edilir, hələ dünyaya gələrkən zəif qidalanırlar” deyə düşünə bilərdi. Ancaq həm ətrafımızda gördüyümüz bir çox kasıb və qidalana bilməyən ananın balalarının sağlam və normal qidalanmış olaraq dünyaya gəlməsi, həm də bu tip tədqiqatlar İlahi qüvvənin mərhəmətinin genişliyini göstərməkdədir.

Ana Südünün Faydaları: 

1. Xəstəliklərdən qoruyucu antikorlar ehtiva edər, körpənin müqavimət qazanmasını təmin edər.

2. Körpənin zehni inkişafını sürətləndirər.

3. Körpədə dəmir əskikliyinə bağlı qansızlıq (anamı) meydana gəlməsini mane olar.

4. Körpənin ağ ciyər sağlamlığına və yetişkinləşməkdə olan sinir sistemi inkişafına

müsbət qatqılarda tapılar.

5. Körpələrdə göz pozuqluğu ehtimalını azaldar.

6. Peyvəndlərin daha təsirli olmasını təmin edər.

7. Körpənin obez olma risqini azaldar.

8. Körpədə qarşılaşıla biləcək pişik və bənzəri dəri problemlərilə bir çox infeksiya risqini azaldar. 

 9. Körpələrdə diş, çənə və danışma inkişafı daha sürətli olar. 

 

Əvvəlki məqaləSoyuq havada dəri quruluğundan xilas olmanın yolları
Növbəti məqalədəUşaqları dodaqlarından öpməyin –