Sonsuzluq …

Təəssüf ki, ölkəmizdə çox məşhur olan bir vəziyyətdir. Durumun sosioloji tablosu dəhşətli faktları ortaya qoyur…  Sonsuzluq – psixologiyası pozunlan ailələr , qadınlar deməkdir… Boşanmlar  və təəssüf ki, bir çox geri qalmış yerlərdə evə 2-ci qadın gətirilməsi deməkdir… 
Buna baxmayaraq bu gün  əlimizdə olan bəzi şeylər də var ki, onlara əməl etməklə bu problemi çözmək olar… 
Bir tərəfdə tibbdə süni mayalanma  mərkəzləri  artarkən,  bir tərəfdə də cütləri sonsuzluğun səbəbləri  maraqlandırır. Mütəxəssislərə görə sonsuzluğun ən əhəmiyyətli səbəbi müasir həyatın təsirləridir. Bəs müasir həyat necə olur ki, yataq otağına qədər gəlib ərlə arvad arasına girə bilir?
Rəsmi statiskalara görə Azərbaycanda 60 ailədən 6-sı  sonsuzluq problemi yaşayır.
Bütün sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır.
Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur.
Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar? 
1-ci mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.
Qədimdən də formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra sonsuz qadınların dünyaya uşaq gətirmələrinə və problemsiz ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar.
 
2-ci mif. Sonsuzluq irsi xəstəlikdir.
Əslində qadının nəslində sonsuz və ya uzun müddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir.
 
3-cü mif. Sonsuzluğa valideyinlərin qan qruplarının uyğun gəlməməsi də səbəb olur.
Rezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər.
 
4-cü mif. Sonsuzluqdan heç vaxt uşağı olmayanlar əziyyət çəkir.
Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər.
 
5-ci mif. Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.
Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir.
 
6-ci mif. Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.
Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır.
 
7-ci mif. Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.
Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olması istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir.
 
8-ci mif. Qeyri-müntəzəm seks sonsuzluq yaradır.
Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur.
Əvvəlki məqaləD vitamini xərçəngə yaxşı təsir edir
Növbəti məqalədəVaxtından əvvəl aybaşı görmənin səbəbləri