Vaxtından əvvəl aybaşı görmənin səbəbləri

Aybaşının  erkən olmasının bir çox səbəbi ola bilər. Bu səbəbləri araşdırmaq və tədbirlər gömək, sağlamlığınız baxımından böyük əhəmiyyət daşıyır.
Aybaşı  dövrü zamanı  bir yumurtanın döllənməsi üçün hazırlıq olaraq rəhmin iç təbəqəsi formalaşır. Əgər yumurta döllənsə rəhmin bu iç təbəqəsinə yapışır. Döllənməzsə, endometriya (dölyatağı pərdəsi, ya da rəhm toxuması ) aybaşı  dövründə tökülür. Rəhmin bu iç təbəqəsinin gözləniləndən əvvəl tökülməsinin bir çox səbəbi ola bilir.
Aybaşı  olmağa ilk başlanan zaman, hormon səviyyəsi  nizama düşənə  qədər  aybaşı bir neçə il nizamsız ola bilər. Gənc qızlarda adət dövrü 21-45 günkən, bu dövr yetkin qadınlarda 21-35 gün olur. Bir adət dövrünün uzunluğu, iki adət arasındakı günlər sayılaraq təyin olunur. 
Bir gənc qızın 32 günlük bir adət dövrü varsa, sonrakı adət dövrünün də təxminən  eyni olacağı  təxmin edilir. Sonrakı adəti 21 gün sonra gəlirsə, bu erkən bir adət dövrüdür, lakin yenə də normal qəbul edilir.
Bəzi  pozğunluqlar  nizamsız adət dövrlərinə səbəb ola bilir ki, bu da bir adət dövrünün nə vaxt yaşanacağının təxmin edilməsini çətinləşdirir.
Endometriyoz – endometrial toxumanın  rəhmin xaricində böyüməsinə səbəb olan bir xəstəlikdir. Bu vəziyyət erkən adət olmaya  səbəb olur. 
Təcili kontraseptivlər, döllənmiş bir yumurtanın rəhm toxumasına yapışmasının qarşısını almaq üçün  yüksək miqdarda hormonlar ifraz edir. Bu hormonlar adət dövrünə təsir edib, erkən adət olmanıza səbəb ola bilir. 
Aybaşı  dövrü – yumurtalıqlar  və rəhmə təsir edən hormonlar tərəfindən yaranır. Əgər bu hormonların səviyyəsi  sonrakı adət dövrünün gözlənildiyi zamandan əvvəl artırsa, erkən adət baş verir. Özbaşına yaranan erkən adət dövrü narahatlıqlıq törətmir. Ancaq erkən adət dövrü pelvik (çanaq  sümüyü və ətrafı) bir narahatlıq, cinsi əlaqə əsnasında ağrı ilə müşaiyət olunursa hökmən bir ginekoloqa müraciət edilməlidir. 
Adətinizin gecikməsinin səbəbi nə olursa, olsun, əgər həyatınıza təsir etməyə başladısa və fiziki narahatlıqlarınızı artırdısa, mütləq bir həkimə müraciət edilməlidir. 
  
Əvvəlki məqaləSonsuzluq, əsrin bəlası
Növbəti məqalədəUşaqlarda kökəlməyə diqqət