Saçlarınız mövsümi səbəblər xaricində gündə 100 teldən çox tökülürsə diqqətli olun

  

Saç itkisindən şikayətlənən bir çox insan yaşadığı hər tökülmənin ardında bir sağlamlıq problemi axtarır. Halbuki ki saçın təbii dövrünü tamamlayaraq kökdən ayrılması ilə reallaşan saç tökülməsi normal bir hal ikən hər sağlam fərddə gündəlik olaraq 100 tele qədər tökülmə reallaşa bilir.

   

Mütəxəssislərə görə əsl saç tökülmə problemi, stress, kimyəvi prosedurlar və ya hormonal səbəblər kimi səbəblərlə gündəlik itirilən saç teli sayının 100-dən çox çıxması ilə başlayır.

Mütəxəssislər saçın təbii həyat dövrünü tamamlayaraq kökdən ayrılması ilə reallaşan tökülmənin normal olduğunu və hər saç itkisinin bir ‘saç tökülmə problemi’ olmadığını vurğulayır. Sağlam bir insanın gündə 100 ədəd telə qədər saçının töküləbiləcəyini ifadə edən Bioblas laboratoriyaları Ar-Ge Direktoru Dr. Özden Kasımoğulları “Əsl saç tökülməsi problemi stress, hormonal dəyişikliklər və kimyəvi prosedurlarla bağlı olaraq gündə 100 ədəd saç tökülməsini artan vəziyyətlərdə başlayır.

 Saç qırılması və qopması ilə qarışdırılmamalıdır

Bununla yanaşı ucları qırılan saç teli də qoparaq tökülərkən bu da şəxs tərəfindən saç tökülməsi olaraq dəyərləndirilir. Halbuki bu da gerçək bir saç tökülməsi deyil saçların qoparaq tökülməsidir “deyə danışdı. Gerçək saç tökülməsinin isə saçların ömrünü tamamlayaraq kökdən ayrılması ilə aydın olacağını ifadə edən Özden Kasımoğulları “Saçlar qoparaq tökülməz yalnız qırılırlar. Gerçək saç tökülməsi saçın kökdən ayrılmasıdır. Tökülən saç teli sayı isə 100-dən çox isə diqqətə alınması lazım olan bir saç tökülməsi problemiylə qarşı-qarşıyasınız deməkdir. “Şəklində danışdı.

 

Mövsüm keçidlərində 100 teldən çox tökülür 

Ömrünü tamamlanmasıyla görülən saç tökülməsinin xaricində mövsüm dönüşlərində xüsusilə qadınlarda artan stress, arıqlamaq üçün sağlam olmayan diyetlərin tətbiq olunması və hava şərtlərinin dəyişməsi kimi səbəblər saç tökülmələrinin artmasına səbəb olur. Özden Kasımoğulları bu kimi səbəblərdən ötəri mövsüm dönüşlərində 100 dən çox gündəlik saç teli itkisinin daha da artım göstərə biləcəyini, bu səbəbdən saç sağlamlığını qorumaq üçün daha diqqətli olmaq lazım olduğunu söyləyir.

 

 

Mövsüm keçidlərində saç baxımı ilə bağlı məsləhətlər verən Kasımoğulları; “Saç sağlamlığı üçün bəslənmənin də balanslı və nizamlı olması lazımdır. Bu dövrdə saçları bitki mənşəli aktiflərlə inkişaf etdirilmiş şampunlarla yumaq, davamında da saç baxımını tamamlayan bitki mənşəli qulluq məhsullarından istifadə saçların mövsüm dönüşlərində daha az təsirlənməsini təmin edər. “Şəklində danışdı.

 

Əvvəlki məqaləCipsilər, qarğıdalı çöpləri, suxariklər uşaq bədənini zəhərləyir
Növbəti məqalədəSəhər yeyilməsi məsləhət olmayan qidalar